Qarabağın Yumşaq Güc Elementi Olaraq Turizm


Azərbaycan qlobal turizm bazarında önəmli yer tutmaq potensialına sahibdir. Bu potensialın Qarabağın işğal altındakı torpaqlarının azad edilməsi ilə daha da artacağı gözlənilir. 2020-ci ilin sonunda Azərbaycanda işğal olunmuş ərazilərin 44 günlük Vətən Müharibəsi (hərbi güclə) işğaldan azad olunması yeni bir dövrün əsasını qoydu.  Azərbaycan "Qafqazın cənnətini dünyanın turizm mərkəzinə çevirəcəyik" stratejisi ilə Qarabağdakı turizm sektoruna mühüm investisiyalar qoymağa başladı. Çünki Qarabağ bölgəsi təbii gözəllikləri, tarixi ruhu, mədəni zənginliyi və endemik bitki örtüyü ilə turizm sektoru üçün keşf edilməmiş bir coğrafiyadır.

Bu araşdırma Qarabağda turistləri cəlb edəcək yumşaq güc elementlərindən bəhs edir və bu elementlərin turizm potensialının Azərbaycana gətirəcək iqtisadi qazancının vacibliyini üzə çıxarmaq məqsədi daşıyır. Eyni zamanda tədqiqat sərt güc (hərb) ilə işğaldan azad edilmiş Azərbaycan torpaqlarının yumşaq güc potensialının qiymətləndirilməsini əhatə edir. Bu səbəbdən araşdırma örnək olaraq Qarabağın yumşaq güc potensialının turizmlə Azərbaycan üçün necə yumşaq güc elementinə çevrilə biləcəyi mövzusunda müzakirə baxımından əhəmiyyətlidir.

Məqalənin davamını aşağıdakı keçiddən oxuya bilərsiniz:
https://ahmetakalin.medium.com/karaba%C4%9F%C4%B1n-yumu%C5%9Fak-g%C3%BC%C3%A7-unsuru-olarak-turizm-b9adebaccbc0

AHMET AKALIN
Ankara Üniversitesi Doktora Öğrencisi
RTÜK Üst Kurul Uzmanı

7424

DİGƏR XƏBƏRLƏR