• Rus Dili
  • Reklam
    » » Donald Tramp Azərbaycan xalqını Ramazan bayramı münasibəti ilə təbrik edib
    

    Donald Tramp Azərbaycan xalqını Ramazan bayramı münasibəti ilə təbrik edib

    30-06-2017, 02:13
    Oxunub: 180
    Şərhlər: 0
    Çap versiyası
    Donald Tramp Azərbaycan xalqını Ramazan bayramı münasibəti ilə təbrik edib
    Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Tramp Azərbaycan prezidenti İlham Əliyevə məktub göndərib.

    APA-nın məlumatına görə, məktubda deyilir:

    «Hörmətli cənab Prezident, Melania və mən Amerika xalqı adından Sizə və Azərbaycan xalqına Ramazan bayramı münasibətilə səmimi təbriklərimizi çatdırırıq. Amerika Birləşmiş Ştatlarındakı müsəlmanlar bütün dünya müsəlmanları kimi müqəddəs Ramazan ayında dürüstlük və xeyirxahlıq əməllərinə önəm verirlər. Burada, Amerika Birləşmiş Ştatlarında müsəlmanlar Ramazan bayramını ailələri və dostları ilə birlikdə qeyd edir, qonşulara yardım etmək və cəmiyyətin bütün təbəqələrindən olan insanlarla duz-çörək kəsmək ənənəsini davam etdirirlər. Bu bayramı birlikdə qeyd etməyimiz bizə bir daha mərhəmət, şəfqət və xoş niyyətin vacibliyini xatırladır. Bu bayram münasibətilə Amerika Birləşmiş Ştatları həmin dəyərlərə Azərbaycan ilə birgə sadiqliyini bir daha vurğulayır. Bir daha Sizin və Azərbaycan xalqının mübarək bayramını təbrik edirəm. Ramazan bayramınız mübarək olsun”.скачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.