• Rus Dili
  • Reklam
    » » Belçika NATO-nun tələbinə məhəl qoymayıb
    

    Belçika NATO-nun tələbinə məhəl qoymayıb

    1-07-2017, 03:01
    Oxunub: 70
    Şərhlər: 0
    Çap versiyası
    NATO-nun tələblərinə baxmayaraq, Belçika Krallığı 2016-cı illə müqayisədə 2017-ci ildə dövlət büdcəsində hərbi xərcləri azaldacaq.
    Belçika NATO-nun tələbinə məhəl qoymayıb
    “Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, alyans krallıqdan hərbi xərcləri adambaşına düşən gəlirin 2 faizinədək artırmağı tələb edir.

    NATO-nun 2010-2017-ci illər üçün açıqlanan göstəricilərinə əsasən, Belçika müdafiə xərclərini adambaşına düşən gəlirin 0,91 faizi qədər maliyyələşdirəcək. 2016-cı ildə bu rəqəm 0,93 faiz olub.

    Krallığın hərbi büdcəsi ixtisar edilir. 2010-cu ildə Belçikanın müdafiə xərcləri adambaşına düşən gəlirin 1,08 faizini təşkil edirdisə, 2014-cü ildə bu artıq 0,98 faizədək azaldılıb.

    2017-ci ildə 29 dövlətin üzv olduğu NATO-nun məcmu müdafiə büdcəsi 946 milyard dollar təşkil edir. Ancaq bu hesabat ilində ABŞ müdafiə ehtiyaclarına 683,4 milyard dollar xərcləyir.

    NATO-nun baş katibi Yens Stoltenberq ötən gün bildirib ki, ardıcıl olaraq üç ildir alyansın xərcləri artır. İlkin hesablamalara görə, 2017-ci ildə xərclərin 4,3 faiz artacağı gözlənilir.скачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.