• Rus Dili
  • Reklam
    » » TBMM prezidentə geniş səlahiyyətlər verən Konstitusiya dəyişikliyi təklİfini qəbul edib
    

    TBMM prezidentə geniş səlahiyyətlər verən Konstitusiya dəyişikliyi təklİfini qəbul edib

    13-01-2017, 14:15
    Oxunub: 245
    Şərhlər: 0
    Çap versiyası
     TBMM prezidentə geniş səlahiyyətlər verən Konstitusiya dəyişikliyi təklİfini qəbul edib
    Türkiyə Böyük Millət Məclisində (TBMM) Konstitusiya dəyişiklikləri barədə təkliflərin müzakirəsi davam edir.

    APA-nın “Hürriyet”ə istinadən verdiyi xəbərə görə, yanvarın 13-nə keçən gecə gərgin müzakirələr nəticəsində parlamentin nəzarət səlahiyyətlərinə aid 6-cı maddə, prezidentin partiya üzvü olmasına imkan verən 7-ci maddə və prezidentin (cumhurbaşkanının) səlahiyyətli dövlət başçısı olmasını əks etdirən 8-ci maddə qəbul olunub.

    Dəyişiklik və əlavələrə dair təkliflərin içərisində ən önəmlisi olan 8-ci maddəyə əsasən prezidentə icra səlahiyyəti verilir. O, nazirləri və digər dövlət idarələrinin rəhbərlərini təyin edəcək, vəzifədən uzaqlaşdıracaq, vitse-prezidentləri müəyyənləşdirəcək. Prezident dövlətin milli təhlükəsizlik siyasətini müəyyən edəcək, Konstitusiya dəyişikliklərini referenduma çıxara biləcək.

    Qeyd edək ki, bundan əvvəl 5 maddəyə dəyişikliklər qəbul olunmuşdu. Bütün maddələr qəbul olunduqdan sonra parlamentdə yekun səsvermə keçiriləcək. Azı 330 deputat sənədin lehinə səs verərsə, məsələ ümumxalq referendumuna çıxarılacaq. Müxalifətdəki Cümhuriyyət Xalq Partiyası (CHP) dəyişiklik təkliflərinə etiraz edərək bunun ölkədə avtoritarizmin və diktaturanın qurulmasına səbəb olacağını bildirir.скачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.