• Rus Dili
  • Reklam
    » » AĞ Partiya başqanı Tural Abbaslı Qarabağ Naminə Birlik” mitinqinin keçirilməsi barədə fikir bildirdi
    

    AĞ Partiya başqanı Tural Abbaslı Qarabağ Naminə Birlik” mitinqinin keçirilməsi barədə fikir bildirdi

    6-07-2017, 01:26
    Oxunub: 315
    Şərhlər: 0
    Çap versiyası
    AĞ Partiya başqanı Tural Abbaslı Qarabağ Naminə Birlik” mitinqinin keçirilməsi barədə fikir bildirdi
















    “Məlum olduğu kimi Füzulinin Alxanlı kəndi iyulun 4-də Ermənistan tərəfindən raket atəşinə tutulub. Nəticədə Azərbaycan Respublikasının vətəndaşları 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi 2 yaşlı Quliyeva Zəhra şəhid olublar. Belə bir fakt dünyada özünə hörmət edən istənilən hüquqi dövlətə qisas hüququ yaradır. Biz imkan verməməliyik ki, bizim ərazimizdə bizim vətəndaşlar bu şəkildə həlak edilsin. Bunu törədən istənilən qüvvə anlamalıdır ki, belə bir addımın cavabını ən azı 10 qat, 100 qat alacaq. Özlərinin sadəcə 1 vətəndaşına görə böyük dövlətlər digər dövlətlərin ərazilərini bombaladığı və orada hərbi əməliyyatlar keçirdiyi heç kəsə sirr deyil.

    Azərbaycan da özünün təbii haqqından maksimum istifadə edərək Ermənistana layiqli cavab verməli və 18 aylıq Zəhra balanın qısasını almalıdır. Bu əməliyyatlara və qisas əməliyyatına görə isə hökumət heç bir xarici dövlətlərə və qurumlara hesabat verməməlidir. Dövlətin 1 nömrəli vəzifəsi vətəndaşlarını hər tərəfli qorumaqdır.

    Biz başa düşürük ki, belə bir qisas əməliyyatı başlanılarsa xarici qüvvələr bundan istifadə edib Azərbaycana təzyiqlər göstərə və öz maraqlarının təmin edilməsinə çalışa bilərlər. Odur ki, biz AĞ Partiya olaraq təklif edirik ki, qisas əməliyyatı ilə paralel olaraq paytaxt Bakıda bütün siyasi qüvvələrin, iqtidarlı və müxalifətli, QHT-lərin, ziyalıların və cəmiyyətin digər bütün təbəqələri ilə birlikdə izdihamlı "Qarabağ naminə Birlik" mitinqi təşkil edilsin. Mitinqin əhəmiyyətini, miqyasını və məqsədini nəzərə alsaq təbii ki, bu mitinqin təşkilatçılığının hakimiyyətin üzərinə düşməsi gərəkir. Belə bir mitinq Qarabağ mövzusu ilə əlaqəli olaraq Azərbaycana təsir etmək istəyən bütün dünyaya güclərinə layiqli cavab olar. Unudulmamalıdır ki, Qarabağ hər birimizin ümummilli məsələsidir və bu məsələdə bütün digər maraqlar kənara atılmalıdır. Düşünürəm ki, indi məzlum obrazı yaradaraq düşməni sevindirmək zamanı deyil. İndi qisas zamanıdır. ALLAH Azərbaycanımızı qorusun!”скачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.