• Rus Dili
  • Reklam
    » » Qalmaqal: Rusiya Ermənistan sərhədçiləri ilə birgə Qarabağda təlim keçirdi
    

    Qalmaqal: Rusiya Ermənistan sərhədçiləri ilə birgə Qarabağda təlim keçirdi

    12-07-2017, 00:25
    Oxunub: 157
    Şərhlər: 0
    Çap versiyası
    Rusiya FTX-nın sərhəd idarəsinə məxsus hərbi birləşmələri və Ermənistan MTX-na məxsus sərhəd qoşunları sərhəd pozucularının İrandan separatçı “DQR” ərazisinə qanunsuz şəkildə daxil olması cəhdlərinin qarşısının alınması ssenarisini məşq ediblər.
    Qalmaqal: Rusiya Ermənistan sərhədçiləri ilə birgə Qarabağda təlim keçirdi
    Avropa.info xəbər verir ki, verilə məlumata görə təlimə Rusiyanın Mehri sərhəd dəstəsi və Ermənistan sərhədçiləri cəlb olunub.
    Sərhədi şərti şəkildə pozan şəxslərdən biri təlim zamanı gizlənməyə çalışarkən tutulub, digəri kvadrokopterə yerləşdirilmiş kamera vasitəsilə aşkar edilib.
    Rusiya sərhədçiləri 1992-ci ilin 30 sentyabrında Yerevanla bağlanan müqaviləyə görə, Ermənistan-Türkiyə, Ermənistan-İran sərhədində xidmət çəkirlər.
    Rusiyanın FTX-nin Ermənistan ərazisində Gümri, Armavir, Artaşat və Mehridə dörd sərhəd postu var. Bundan əlavə Ermənistan paytaxtında yerləşən Zvartnots beynəlxalq aeroportunun xüsusi nəzarət-buraxılış məntəqəsində xidmət göstərirlər.скачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.