• Rus Dili
  • Reklam
    » » Əli Həsənovun nəvəsi ilə bağlı açıqlama: "Hazırda ailəsinin yanındadır"
    

    Əli Həsənovun nəvəsi ilə bağlı açıqlama: "Hazırda ailəsinin yanındadır"

    5-08-2017, 02:56
    Oxunub: 146
    Şərhlər: 0
    Çap versiyası
    Xəbər verdiyimiz kimi, ötən gecə paytaxtın Heydər Əliyev prospektində dəhşətli yol qəzası baş verib. Nərimanov Rayon Polis İdarəsindən verilən məlumata görə, qəza nəticəsində "Mercedes Gelandewagen" markalı avtomobilin sürücüsü Mehdi Əliyev və piyada Vaqif Əsədov ölüb.
    Əli Həsənovun nəvəsi ilə bağlı açıqlama: "Hazırda ailəsinin yanındadır"














    Hadisə baş verən zaman yol kənarında duran daha iki piyada, Türkiyə vətəndaşları - Mutallib Tekiş və Songül Tekiş xəsarət alıb. Onlar xəstəxanaya yerləşdiriliblər.

    Polisdən, həmçinin bildirilib ki, baş vermiş qəza hadisəsi ilə bağlı Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti qaydalarını pozma - iki və daha artıq şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.

    Mətbuatda yayılan xəbərlərə görə, qəza zamanı yanan avtomobil baş nazirin müavini Əli Həsənovun nəvəsi Nail Allahaverdiyevə məxsusdur. Onun qəzada xəsarət aldığı deyilir.

    N.Allahverdiyevin sahibi olduğu “Soho Lounge Bar”-ın administratoru əməkdaşımızla söhbətində məlum qəzadan xəbərdar olduqlarını bildirib. Adının mətbuatda çəkilməsini istəməyən şəxsin sözlərinə görə, N.Allahverdiyev qəza zamanı həmin avtomobildə olmayıb.

    “Nail müəllim hazırda evdədir. Dünən xəbəri eşidib, narahat olduq. Dərhal telefonla əlaqə saxladıq. Bildirildi ki, o, qəza zamanı maşında olmayıb. Bakıda, öz ailəsinin yanındadır. Yəqin ki, vaxt edib kluba baş çəkəcək”.скачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.