• Rus Dili
  • Reklam
    » » Əli Həsənovun nəvəsinə 10 il cəza düşür
    

    Əli Həsənovun nəvəsinə 10 il cəza düşür

    5-08-2017, 12:34
    Oxunub: 194
    Şərhlər: 0
    Çap versiyası
    Əli Həsənovun nəvəsinə 10 il cəza düşürİki gün əvvəl Bakıda baş verən dəhşətli qəzaya səbəb olan sürücünün kimliyi bilinib.

    Musavat.com xəbər verir ki, Heydər Əliyev prospektində “Mercedes Gelandewagen” markalı avtomobillə dəhşətli qəza törədən və sürücünün adı dəqiqləşib.

    Məlum olub ki, bir piyadanın və bir sərnişinin ölümünə səbəb olan sürücü “Qaçqınkom” Əli Həsənovun nəvəsi Nail Allahverdiyev olub.

    Bildirək ki, qəza zamanı Türkiyə vətəndaşı olan daha iki nəfər ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

    Bu hadisə bir neçə gündür mətbuatda və sosial şəbəkələrdə böyük müzakirə mövzusu olsa da, sürücünün kim olması bu gün dəqiqləşib. Məlumatı ilk olaraq virtualaz.org saytı yayıb ki, sürücü Nail Allahverdiyev olub. O, 10 PP 203 dövlət nömrə nişanlı avtomobillə qəza törədib.

    Daxili İşlər Nazirliyindən verilən açıqlamada bildirilir ki, sürücü cinayət məsuliyyətinə cəlb ediləcək.
    Xatırladaq ki,N.Allahverdiyev cinayət məsuliyyətinə cəlb ediləcəyi halda onun barəsində Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılacaq.
    O, bu maddə ilə 10 ilədək azadlıqdan məhrum etmə cəzasına məhkum edilə bilər.

    Əli Həsənovun nəvəsinə 10 il cəza düşürскачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.