• Rus Dili
  • Reklam
    » » “Gelandewagen”lə ötüşən qırımızı “Mazda”nın sahibi Kəmaləddin Heydərovun qardaşı deyil – DİN
    

    “Gelandewagen”lə ötüşən qırımızı “Mazda”nın sahibi Kəmaləddin Heydərovun qardaşı deyil – DİN

    6-08-2017, 01:48
    Oxunub: 202
    Şərhlər: 0
    Çap versiyası
    Bakının Heydər Əliyev prospektundə iki gün əvvəl dəhşətli qəzaya səbəb olmuş “Mercedes Gelandewagen”lə bağlı məsələ iki gündür ki, ictimaiyyətin diqqətindədir.
    “Gelandewagen”lə ötüşən qırımızı “Mazda”nın sahibi Kəmaləddin Heydərovun qardaşı deyil – DİN














    Xəbər verdiyimiz kimi Daxili İşlər Nazirliyi biri piyada olmaqla iki nəfərin ölümünə, daha iki piyadanın yaralanmasına səbəb olmuş bu qəzanı törədən şəxsin kimliyini açıqlayıb. Bu, baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin işi üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun nəvəsi Nail Allahverdiyevdir. DİN bu şəxsin məsuliyyətə cəlb olunacağını açıqlayıb.
    Bundan əvvəl virtualaz.org xəbər vermişdi ki, həmin qəzada iştirak edən “Mercedes Gelandewagen” Heydər Əliyev prospekti boyu dövlət nömrə nişanı 99 FS 777 olan qırmızı rəngli “Mazda” avtomobili ilə ötüşürmüş. Şahidlərin sosial şəbəkələrdə yazdıqlarına görə hər iki avtomobildəkilər dəniz kənarından, çimərlikdən qayıdırmış və yol boyu sürət yarışına çıxıblar, avtomobilləri olduqca yüksək sürətlə sürərək dəfələrlə qəza şəraiti yaradıblar və nəhayət Heydər Əliyev Mərkəzinin yaxınlığında “məqsədlərinə” çatıblar.
    Qəzanı törədən şəxsin kimliyi rəsmən açıqlandıqdan sonra bəzi saytlar və sosial şəbəkə istifadəçiləri həmin “Mazda” avtomobilinin sahibinin kimliyi barədə iddia irəli sürüblər. Bu iddialarda deyilirdi ki, avtomobil fövqəladə hallar naziri Kəmaləddin Heydərovun qardaşı Səməd Heydərova məxsusdur.
    Virtualaz.org bu məsələ ilə bağlı DİN-in mətbuat xidmətinə müraciət edib. Mətbuat xidmətindən bildiriblər ki, həmin iddia əsassızdır və böhtan xarakteri daşıyır. “DİN ikinci avtomobilin sahibinin kimliyini artıq müəyyən edib və qəza ilə bağlı hərtərəfli istintaq aparılır. İstintaqın gedişində hadisənin bütün təfərrüatları araşdırılacaq və qanun çərçivəsində hüquqi qiymət veriləcək”-nazirlikdən bildirilib.скачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.