• Rus Dili
  • Reklam
    » » Millət vəkili erməni əsgərə acıyanları sərt qınadı
    

    Millət vəkili erməni əsgərə acıyanları sərt qınadı

    16-08-2017, 00:38
    Oxunub: 138
    Şərhlər: 0
    Çap versiyası
    Dünən Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazisində düşmən ölkənin əsgəri aldığı güllə yarasından həlak olub. Bu gün isə bəzi Azərbaycan saytları həmin əsgərin şəklini verməklə yanaşı, sızıltı ilə onun ailənin tək oğlu olduğunu da vurğulayıblar.
    Millət vəkili erməni əsgərə acıyanları sərt qınadı
    agxeber.com axar.az-a istinadən xəbər verir ki, bu haqda millət vəkili Aydın Mirzəzadə yazıb.

    Millət vəkili bəzi saytların düşmən əsgərinin şəklini və onun ailə vəziyyətini nə məqsədlə dərc etdiyini heç cür başa düşmədiyini qeyd edib:

    “Həmin əsgər düşməndir, o mənim torpağımda işağlı davam etdirməkdən ötrü gəlib və hər an Azərbaycan əsgərini öldürməyə hazır olub, üstəlik, dövlətinin ondan istifadə etməsindən xəbərdar olub.

    İki yaşlı Zəhra Quliyevanı və onun nənəsini öldürən, mərmini atan əsgərlər də ailənin tək oğlanları idi. Ancaq onların hamısı düşmən ordunun əsgərləridir və torpaqlarımızı işğalda saxlayırlar. İlin əvvəlində işğalçı erməni əsgərinin Moskvada yaşayan bacısı sosial şəbəkədə bir status paylaşmışdı. O, Qarabağda ölən qardaşının evin tək oğlu olduğu bildirərək onun qisasını Moskada yaşayan azərbaycanlı oğlanlardan alacağını elan etmişdi.

    İndi biz ölən düşmən əsgəri üçün göz yaşı tökməliyikmi, onun ailəsi ilə ürəyimizdən qara qanlar axmalıdır? Onun düşmən əsgəri olmasını niyə yaddan çıxarırırq?

    Düşmən əsgərinın itkisinə ürək yanğısı ilə yanaşmaq, onun şəklini və tərcümeyi-halının xırdalıqlarının verilməsi heç də hərbi-vətənpərvərlik hisslərinin təbliğinə kömək etmir. Bu cür informasiyalar sabahkı gənc əsgərlərdə düşmənə nifrət hissini formalaşdırmır, onun sabah cəbhə xəttində mətin qulluğuna kömək etmir”.скачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.