• Rus Dili
  • Reklam
    » » İsrail Ermənistana tuşlanmış PUA-lar barədə məlumatı təkzib edir
    

    İsrail Ermənistana tuşlanmış PUA-lar barədə məlumatı təkzib edir

    17-08-2017, 00:58
    Oxunub: 194
    Şərhlər: 0
    Çap versiyası
    “İsrail KİV-lərində bu ölkənin operatorlarının İsrail pilotsuz uçuş aparatlarını erməni mövqeləri istiqamətində sınaqdan keçirmələri barədə dərc edilmiş məlumatlar həqiqəti əks etdirmir”.
    İsrail Ermənistana tuşlanmış PUA-lar barədə məlumatı təkzib edir
    agxeber.com Virtualaz.org -a istinadən xəbər verir ki, bunu tert.am nəşrinə müsahibəsində İsrailin Ermənistandakı səfiri Eliyahu Yeruşalmi deyib.“Bu informasiya qəzetdə dərc edilmişdi və sonradan təkzib olundu. Çox güman ki, belə şey heç vaxt olmayıb, amma istənilən halda İsrail bu məlumatı yoxlayır”, – səfir deyib.
    Bu cür yalan məlumatın dərcinin kimin maraqlarına xidmət etməsi barədə suala Yeruşalmi belə cavab verib: “Təsəvvür belə etmirəm ki, bu məqalə niyə dərc edilib. Onu dərc edənlərdən soruşmaq lazımdır. Bəzən iki ölkə arasında münasibətləri korlamaq üçün də yazılar dərc edilir. Qəzetlərdə yazılanların hamısına heç zaman inanmaqeji əməkdaşlıq xarakteri daşıyır və İsrailin başqa ölkələrlə münasibətindən asılı deyil. olmaz. Bizim mövqeyimiz belədir ki, bu yazılanlar heç vaxt olmayıb. Mən buna ciddi yanaşmazdım”.

    İsrailin Bakıdakı səfirliyində də oxşar mövqe sərgilənib. Diplomatik təmsilçilikdən bildirilib ki, İsrail Müdafiə Nazirliyi KİV-də gedən yazılarla bağlı yoxlama keçirir.
    İsrail səfirliyindən o da qeyd olunub ki, Azərbaycan-İsrail münasibətləri strateji əməkdaşlıq xarakteri daşıyır və İsrailin başqa ölkələrlə münasibətindən asılı deyil.скачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.