• Rus Dili
  • Reklam
    » » Azərbaycan ABŞ-ın Qüds qərarını rədd etdi
    

    Azərbaycan ABŞ-ın Qüds qərarını rədd etdi

    7-12-2017, 11:05
    Oxunub: 88
    Şərhlər: 0
    Çap versiyası
    Azərbaycan ABŞ-ın Qüds qərarını rədd etdi“Azərbaycan İsrail-Fələstin münaqişəsinin sülh yolu ilə həllini dəstəkləyir. Ölkəmiz Şərqi Qüdsün Fələstinin paytaxtı olmaqla məsələnin iki dövlət əsasında həllinin tərəfdarıdır”.

    AZƏRTAC-ın məlumatıan görə, bu sözləri xarici işlər nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

    Rəsmi Bakının sözçüsü əlavə edib ki, Azərbaycan cəlb olunmuş bütün tərəfləri məsələ ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə riayət etməyə çağırır.

    Dekabrın 6-da ABŞ prezidenti Donald Tramp Yerusəlimi (Qüdsü) İsrailin paytaxtı kimi tanıdığını bəyan edib, ölkəsinin səfirliyinin Tel-Əvivdən həmin şəhərə köçürülməsi barədə qərar imzalayıb.

    Novator.az bildirir ki, 1947-ci ildə yaradılmış İsrail Dövləti 1949-cu ildə Yerusəlimi özünün vahid və bölünməz paytaxtı elan edib. 1967-ci ildə İsrail hərbi güclə bütün şəhəri, eyni zamanda Fələstinin başqa ərazilərini tutub. Dünya birliyi bu ilhaqı tanımır, şəhərin şərq hissəsinin Fələstinə verilməsini istəyir. Bir çox ölkə, o cümlədən Azərbaycan Fələstin Dövlətini 1967-ci ilin sərhədləri çərçivəsində, Şərqi Qüdsü Fələstin paytaxtı kimi tanıyır.

    1995-ci ildə ABŞ Konqresi ölkənin İsraildəki səfirliyinin Tel-Əvivdən Yerusəlimə köçürülməsi barədə qanun qəbul edib. Amma Donald Trampdan əvvəlki prezidentlər bu qanunun icrasını təxirə salıblar.скачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.