• Rus Dili
  • Reklam
    » » “İsrail işğalçı bir dövlətdir, Trampın qərarı isə təxribatdır” – Ərdoğandan sərt Qüds açıqlaması
    

    “İsrail işğalçı bir dövlətdir, Trampın qərarı isə təxribatdır” – Ərdoğandan sərt Qüds açıqlaması

    10-12-2017, 10:30
    Oxunub: 68
    Şərhlər: 0
    Çap versiyası
     “İsrail işğalçı bir dövlətdir, Trampın qərarı isə təxribatdır” – Ərdoğandan sərt Qüds açıqlaması


    “Tarix keçmişdə qalarsa təəssüfedicidir , tarixi gələcəyə daşımaq çox əhəmiyyətlidir. Trampın verdiyi qərar mənasız bir qərardır. ABŞ-ın Qüds qərarı nə beynəlxalq hüquqla, nə ədalətlə, nə də bölgənin gerçəklərinə uyğundur.”

    Avropa.info xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ prezidenti Trampın Qüds qərarına münasibət bildirərkən deyib. Ərdoğan İsraili işğalçı dövlət adlandırıb.

    “Tramp altında ABŞ-ın da imzası olan BMT qərarını son bəyanatla yoxa saymışdır. İsrail bir işğal dövlətidir. Hazırda polisi oradakı gəncləri, uşaqları terror həyata keçirərək vururlar. F-16-larla Qəzzaya hücum edirlər. Niyə? Mən güclüyəm. Bunu açıq və dəqiq deyirəm: Güclü olmaq haqlı olmaq anlamına gəlmir. Haqlı olan güclüdür. Bu qərar bölgəni təhrik edir.

    Trump “Mən imzalamışamsa olacaq” anlayışı ilə bir yerlərə getmək istəyir. Güclü olmaq sizə bu haqqı vermir.

    Amerikanın Qüds ilə bağlı qərarının bizim nəzərimizdə heç bir hökmü, etibarlılığı yoxdur. Alınan qərar tam bir təxribatdır” deyə Ərdoğan qeyd edib.скачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.