Afrin əməliyyatı – türk ordusunun yeni uğur zolağı » Ağ Xəbər
  • Rus Dili
  • Reklam
    » » Afrin əməliyyatı – türk ordusunun yeni uğur zolağı
    

    Afrin əməliyyatı – türk ordusunun yeni uğur zolağı

    25-01-2018, 21:20
    Oxunub: 578
    Şərhlər: 0
    Çap versiyası
    Afrin əməliyyatı – türk ordusunun yeni uğur zolağı
    Türkiyənin Afrin əməliyyatı – türk ordusunun yeni uğur zolağı

    Azərbaycan cəmiyyəti demək olar ki, Türkiyə dövlətinin Afrinlə bağlı verdiyi hərəkat qərarını canı könüldən dəstəkləyir və bu belə də olmalıdır.
    Türk ordusunun əsrlərə bərabər döyüş təcrübəsi, psixoloji, mənəvi ruhu, texniki imkanları dünyanın ən öndəgən dövlətlərinin ordusu ilə müqayisə ediləcək qədər güclüdür. Türk hərb sənayesi arsenalının 80 faizinə yaxını özü təmin edir.

    Buna baxmayaraq, döyüş təcrübəsi olan qüdrətli türk ordusunun içinə əsasən Amerika kəşfiyyatının FETÖ terror şəbəkəsinin əli ilə yeritdiyi casus şəbəkəsi ordu daxilində böyük bir qrupa çevrilmişdi. Əslində Türkiyədə hakimiyyətdə olan iqtidarlar bunu çox gözəl bilsə də ordu içində islahat aparmaq cəsarətində deyildilər. Çünki, Türkiyə tarixində üç dəfə hərbi çevriliş olmuş, bir dəfə isə hərbi çevriliş bəyanatı veriliərək Ərbakan hökümətini istefaya məcbur etmişdilər. Nəhayət 15 iyul 2016-cı ildə Türkiyədə hərbi çevrilişə cəhd olunarkən qos-qoca, qüdrətli türk ordusunun içində yüzlərlə yüksək hərbi rütbəli vətən xaini olduğu aşkarlandı. Bu vətən xainləri 15 iyul gecəsi 200-dən çox sivil vətəndaşı bir gecədə qətlə yetirdi, üzərlərindən tanklarla keçdi, qırıcılarla, helikopterlərlə üzərlərinə bomba yağdırdı, quş vururmuş kimi snayperlərlə vətəndaşları şəhid etdi. Xalqın ayağa qalxması, özlərini, dövləyçiliyi müdafiə etməsi bu qiyamın qarşısını aldı. Qiyam yatırıldıqdan sonra ordu içində yuvalanmış bu xain şəbəkə dərhal zərərsizləşdirilməyə başladı və hələ də davam etdirilməkdədir.

    Bu xain şəbəkənin ifşa olunmamışdan öncə türk ordusunun PKK terror təşkilatı ilə mübarizədə ölkəyə xəyanət etməsi dəhəşətli dərəcədə olan bir fakt kimi ortalığa çıxmağa başladı. Təkcə bir faktı deyim. 15 iyul çevrilişə cəhd gecəsi xalqa qarşı bomba yağdıran "F-16" qırıcılarının xain və qiyamçı pilotları həbs olunduqdan sonra aparılan istintaqda aydın olub ki, qiyamçı pilotlar qiyamdan əvvəl PKK-ya qarşı keçirdiyi hərbi uçuşlar da sən demə onlara verilən hədəfləri yox, boş və lazım olmayan dağlıq əraziləri bombalayırmış. Qiyamçı xainlərin sübut olunmuş bu cür əməllərini daha çox uzun-uzadı yazmaq olar. Əsas məqsədim həmin əməlləri sadalamaq deyil. Məqsədim döyüş vaxtı ən xırda casusluğun nələlərə başa gələcəyini deməkdir. Həmin hərbi çevrilişə cəhddən və qiyam yatırıldıqdan sonra Azərbaycanda bəzi adamlar, əsasən sosial şəbəkələrdə fikirlərini ifadə edərək (etiraz edənlərin içində səmimi şəkildə Türkiyə üçün narahat olanlar və məqsədli şəkildə Türkiyəni gözdən salmağa cəh edənlər də var idi) qiyama cəhd edən hərbçilərin həbsinin türk ordusunu zəifləyəcəyini, gözdən düşəcəyini bildirirdilər.

    İndi gedişata baxaq, 15 iyul qiyamı yatırıldıqdan və qiyamçı xain hərbçilər həbs olunduqdan qısa müddət sonra türk ordusu terrorçuları təmizləmək və dövlətin təhlükəsizliyi üçün "Fərat Qalxanı" adı altında Suriyada uğurlu hərbi əməliyyata başladı. Türkiyənin sərhəddinə yaxın Suriya ərazisidəki İŞİD terror qruplaşması darmadağın edildi. Türk ordusu '1975-Kıbrıs Barış Hərəkatı'ndan 41 il sonra sərhədlərindən kənarda uğurlu hərbi əməliyyat keçirərək Türkiyəyə qarşı qurulan xain tələni pozdu. Əməliyyatın uğuru Türk-islami aləmi üçün, məzlum insanlar üçün əhəmiyyətini artıq bilənlər bildi. İl yarım sonra türk ordusu Suriyada "Zeytun Budağı" adlı ikinci bir uğurlu hərbi hərəkata başladı. Bu hərəkatda, türk ordusu dünya döyüş tarixində misli görünməmiş dastanlar yazır. Təsəvvür edirsinizmi ki, türk qırıcıları verilən 113 hədəfin 108-ni tam dəqiqlikə vuraraq demək olar ki, dünya rekordu qırdı. Bundan əlavə, 75 qırıcının , artileriya qoşunlarının vurduğu hədəflərdə bir dənə də olsun sivil insanın burnu belə qanamadı.

    Bir tək sivil həlak olsaydı, tətikdə gözləyən BBC, CNN, Evronews (bu telekanalların Türkiyəyə, müsəlmanlara qarşı nə qədər "obyektiv" olduğunu çoxları yaxşı bilir) kimi telekanallar bar-bar bağırırdı. Bununla yanaşı biz Amerikanın Əfqanıstanda, İraqda guya terrorizmə qarşı keçirdiyi hərbi əməliyyatlara baxanda görürük ki, Amerika həmin ərazilərdə terrorçudan çox minlərlə məsum, sivil, məzlum insanları qətlə yetirdi, körpələrə belə rəhm etmədi. Amerikan hərbçilərinin işğal etdiyi ərazilərdə qadınlara qarşı kütləvi zorlama faktları isə danılmaz sübutlardır. İraq həbsxanalarında məhbuslara necə insanlıqdan işgəncə verdiklərini də bütün dünya gördü. Hesab edirəm ki, türk ordusunun Afrində bu cür peşəkarcasına, həssaslıqla hərbi əməliyyat aparmasının və hərb tarixində nadir sayılcaq hərbi uğurlar əldə etməsinin əsas səbəbi, Türk Silahlı Qüvvələrində də xain, casus və qiyamçı şəbəkənin ifşa olunması və sıradan çıxarması oldu. Nəticə isə göz önündədir - "FƏRAT QALXANI" və "AFRİN" hərəkatı.

    İnşAllah, türk ordusu o torpaqlarda daha önəmli zəfərlər əldə edəcək və Osmanlının 500 ilə yaxın ədalət və sülh içində idarə etdiyi bu ərazilərdə sülhü və əminamanlığı yenidən bərqərar edəcəkdir.


    RÜFƏT HACIBƏYLİ Ağ Partiya başqan müavini

    Qərbi Kaspi Universitetinin Tətbiqi Politologiya Mərkəzinin eksperti


    Moderator.azскачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.