• Rus Dili
  • Reklam
    » » Ağ Partiya Etimad Əsədovun vəfatıyla əlaqədar başsağlığı verdi
    

    Ağ Partiya Etimad Əsədovun vəfatıyla əlaqədar başsağlığı verdi

    17-10-2018, 16:50
    Oxunub: 155
    Şərhlər: 0
    Çap versiyası
    Ağ Partiya  Etimad Əsədovun vəfatıyla əlaqədar başsağlığı verdi

    Xəbər verildiyi kimi dünən səhər saatlarında “Qarabağ qazilər” birliyinin sədri, ölkənin tanınmış ictimai xadimi, Qarabağ qazisi Etimad Əsədov vəfat edib.
    E.Əsədov bir neçə müddət idi ki, ağ ciyər xərçəngindən əziyyət çəkirdi.

    Daha bir qazimizi, baş qazimizi itirdik... Həyatını vətəninə, millətinə, torpağına, dövlətinə həsr edən Etimad Əsədov haqq dünyasına qovuşdu. Hələ SSRİ dövründən Rusiyada yaşayan E.Əsədov vətənin darda olduğunu duyan kimi dərhal oradakı işini. həyatını tərkedərək onun müdafiəsi üçün vətənə qayıdıb və Qarabağ uğurunda döyüşlərə qatılıb. Bu yolda ayağını, sağlamlığını, hər şeyini qurban verib. Atəşkəsdən sonra da o azad, demokratik və güclü Azərbaycan uğrunda mübarizədə də ön sıralarda olub. Bu yolda da o zindanlar görüb, məhrumiyyətlər yaşayıb. Təbiidir ki. bütün bu təlatümlərə fiziki olaraq tab gətirmək ağır idi və Etimad bəyin də cismi buna dözmədi. Azərbaycan belə bir qeyrətli və mübariz oğulunu zamansız itirdi. Ancaq qətiyyətlə onu deyə bilərik ki. Etimad Əsədov bu dünyadan başı dik, qürurlu və zalıma boyun əymədən köçdü. Qəzan mübarək, ey Vətən oğlu...! Torpaq əgər, uğrunda ölən varsa, Vətəndir. Torpağı vətən, vətəni dövlət edən Etimad Əsədov kimi qazilərimiz, şəhidlərimizdir ! Bu xalq hər zaman sizlərə minnətdar olacaq!
    Ağ Partiya başqanı Tural Abbaslı və partiyanın İdarə Heyyəti bu böyük itkiylə əlaqədar bütün Azərbaycan xalqına. Qarabağ qazilərimizə, Etimad Əsədovun əzizlərinə və dostlarına başsağlığı verir, onun ailəsinə isə Allahdan səbir diləyir. скачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.