• Rus Dili
  • Reklam
    » » İstanbulda seçimin sonuclarını dəyişəcək seçki bülletenləri üzə çıxdı : Binəli Yıldırımın səslərini CHP-yə, hətta Vətən partiyasına yazdılar (Fotofakt)
    

    İstanbulda seçimin sonuclarını dəyişəcək seçki bülletenləri üzə çıxdı : Binəli Yıldırımın səslərini CHP-yə, hətta Vətən partiyasına yazdılar (Fotofakt)

    2-04-2019, 00:11
    Oxunub: 173
    Şərhlər: 0
    Çap versiyası
    İstanbulda seçimin sonuclarını dəyişəcək seçki bülletenləri üzə çıxdı : Binəli Yıldırımın səslərini CHP-yə, hətta Vətən partiyasına yazdılar (Fotofakt)Türkiyədə hakim AK Partiyanın İstanbul vilayət rəhbəri Bayram Şenocak keçirdiyi mətbuat konfransında İstanbul böyükşəhər bələdiyyə başkanlığına keçirilən seçkilərin nəticəsinə təsir edəcək saxtakarlıqların olduğunu açıqlayıb.

    Avropa.info xəbər verir ki, saxtakarlıqları əks etdirən bülletenləri də jurnalistlərə təqdim edən Şenoçok seçki komissiyalarından partiyaların sisteminə fərqli, Yüksək Seçki Şurasına fərqli məlumatlar göndərildiyini bildirib.

    "İlk dəfə bizim sistemimizlə seçki komissiyalarına göndərilən sistem arasında belə bir fərqlə üzləşirik. İstəyimiz vətəndaşımızın iradəsinin seçki qutusunda əks olunmasıdır.Bir nümunə vermək istəyirəm. 1212-ci seçki qutusunda Binəli Yıldırım 131 səs alıb, bizə də bütün partiyalara da nəticə belə göndərilib. YSK-ya göndərilən nəticədə isə bu səs CHP-nin namizədi Əkrəm İmamoğluna yazılıb. Binəli Yıldırıma isə cəmi 1 səs yazılıb. 2004 saylı seçki qutusunda isə Binəli bəy 201 səs alıb, AK Partiyanın sisteminə və bütün partiyaların sisteminə səs sayı belə göndərilib. YSK-ya göndərilən bülletendə isə bu səs İmamoğluna yazılıb" - Şençok belə deyib.

    Qeyd edək ki, İstanbulda AK Partiyanın namizədi Binəli Yıldırımla CHP-nin namizədi Əkrəm İmamoğlu arasında cəmi 25 min səs fərqi var. Eyni zamanda etibarsız sayılan 319 min 500 səs var ki, bunlar hazırda YSK tərəfindən incələnir. AK Partiya isə İstanbulun bəzi məntəqələrində Binəli Yıldırımın səslərinin CHP-yə, hətta Vətən partiyasına yazılmasını əks etdirən sənədləri yayıb.

    İstanbulda seçimin sonuclarını dəyişəcək seçki bülletenləri üzə çıxdı : Binəli Yıldırımın səslərini CHP-yə, hətta Vətən partiyasına yazdılar (Fotofakt)

    İstanbulda seçimin sonuclarını dəyişəcək seçki bülletenləri üzə çıxdı : Binəli Yıldırımın səslərini CHP-yə, hətta Vətən partiyasına yazdılar (Fotofakt)

    İstanbulda seçimin sonuclarını dəyişəcək seçki bülletenləri üzə çıxdı : Binəli Yıldırımın səslərini CHP-yə, hətta Vətən partiyasına yazdılar (Fotofakt)

    скачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.