• Rus Dili
  • Reklam
    » » Övladları bu gün məzun olan tanınmış jurnalistlər - Fotolar
    

    Övladları bu gün məzun olan tanınmış jurnalistlər - Fotolar

    14-06-2019, 17:13
    Oxunub: 140
    Şərhlər: 0
    Çap versiyası
    Övladları bu gün məzun olan tanınmış jurnalistlər - Fotolar
    Məlum olduğu kimi, bu gün ölkəmizdəki bütün ümumtəhsil məktəblərində “Son zəng” çalınıb. Təhsil Nazirliyinin məlumatına görə, bu il respublikanın ümumtəhsil məktəblərinin XI siniflərini 80514 nəfər şagird bitirir. Bunlardan 19786 nəfər şagird Bakıda məzun olur.

    Bu gün övladları məzun olan valideynlər arasında tanınmış jurnalistlər də var. Musavat.com onlardan bir neçəsini təqdim edir.

    “Yeni Müsavat” qəzeti baş redaktorunun birinci müavini Azər Ayxan övladı məzun olan valideynlər sırasındadır. Belə ki, Azər Ayxanın qızı Ayan bu gün orta məktəbə əlvida deyib. Baş redaktorun müavini öz sevincini sosial şəbəkədə bu cür bildirib:
    “Bu gün övladımız Ayan xanımın məzun günüdür. Qızımla bərabər bütün ölkə məzunlarını təbrik edirəm. Uğurlarınız bol olsun, gənclər”.

    “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının da qızı Banunçiçək məzun olub. Baş redaktor sosial şəbəkədə qızı ilə birgə fotosunu paylaşaraq, ona uğurlar diləyib.

    Tanınmış jurnalist Aygün Muradxanlının qızı Humay da məzun olub. Jurnalistin qızı Bakı Atatürk Liseyində təhsilini başa vurub.

    Əməkdar jurnalist Ləman Ələşrəfqızının isə oğlu məzun olub. Jurnalist sosial şəbəkədə “Məzun da oldu, uğurlar, oğlum!” yazıb.

    Jurnalist Azər Rəşidoğlunun oğlu Rəşid də bu gün sevinən məzunların sırasındadır.

    Qəzetimizin sabiq əməkdaşı, hazırda İsveçrədə bizneslə məşğul olan Kamil Tağısoyun oğlu Turan Tağıyev də məzun olan abituriyentlərdəndir.
    Övladları bu gün məzun olan tanınmış jurnalistlər - Fotolar
    Övladları bu gün məzun olan tanınmış jurnalistlər - Fotolar
    Övladları bu gün məzun olan tanınmış jurnalistlər - Fotolar
    Övladları bu gün məzun olan tanınmış jurnalistlər - Fotolar
    Övladları bu gün məzun olan tanınmış jurnalistlər - Fotolar
    Övladları bu gün məzun olan tanınmış jurnalistlər - Fotolar
    Xalidə
    Musavat.comскачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.