• Rus Dili
  • Reklam
    » » Tofiq Yaqublu hospitala aparılıb
    

    Tofiq Yaqublu hospitala aparılıb

    21-10-2019, 15:17
    Oxunub: 48
    Şərhlər: 0
    Çap versiyası
    Tofiq Yaqublu hospitala aparılıb
    Milli Şuranın və Müsavat Partiyasının üzvü Tofiq Yaqublu saxlandığı təcridxanada təcili yardımla hospitala aparılıb, lakin hara aparıldığı bilinmir. Bu haqda “Basta”ya vəkil Nemət Kərimli məlumat verib.

    Vəkil qeyd edib ki, Tofiq Yaqublu ilə görüşmək üçün təcridxanaya gedib. Lakin burada ona bildiriblər ki, Tofiq Yaqublu hospitala aparılıb.

    30 sutka inzibati cəza alan Tofiq Yaqublunun işgəncəyə məruz qaldığı bildirilir. Nigar Həzinin sözlərinə görə, atası oktyabrın 21-də zəng edərək işgəncəyə məruz qaldığını bildirib: “Ona şiddətli işgəncələrin verildiyini dedi, qabırğası sınıb. Atam təcili həkim müayinəsi tələb edir. Əgər Tofiq Yaqubluya bir şey olsa, bütün məsuliyyət İlham Əliyevin üzərindədir”.

    Tofiq Yaqubluya işgəncə verilməsi xəbəri narahatlıqla qarşılanıb. Müsavat başqanı Arif Hacılı bununla bağlı açıqlama yayıb.

    “Tofiq Yaqublunun dözümlü adam olduğunu bilirəm. Əgər vəziyyətinin ağır olduğunu deyirsə, deməli xəsarətləri çox ciddidir.
    Hakimiyyətdə olanlar bilməlidir ki, belə davranışlarla müxalifətçiləri qorxutmaq, xalqda xof yaratmaq mümkün olmayacaq” – deyə, Arif Hacılı bildirib.

    “Ölkədə vəziyyət dəyişib. İndi Azərbaycan cəmiyyəti on il əvvəlki cəmiyyət deyil. Zorakılıqlar, həbslər, işgəncələr xalqın etirazını qəzəbə çevirir. Qarşıdurmanı daha da dərinləşdirir. Zorakılıqlara, həbslərə son qoyulsun! Tofiq Yaqubluya və bütün siyasi məhbuslara azadlıq!” – deyə Arif Hacılı çağırış edib.скачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.