• Rus Dili
  • Reklam
    » » İlham Əliyevdən sensasion mesaj: Yaşı 70-i keçən məmur...
    

    İlham Əliyevdən sensasion mesaj: Yaşı 70-i keçən məmur...

    21-10-2019, 22:59
    Oxunub: 22
    Şərhlər: 0
    Çap versiyası
    İlham Əliyevdən sensasion mesaj: Yaşı 70-i keçən məmur...
    Həyat yerində durmur, qarşıya yeni vəzifələr qoyulur, yeni çağırışlar qarşımızda durur. Yaşınız da artıq 75-i keçibdir və əlbəttə ki, daha gənc nəslə yol vermək lazımdır. Ona görə sizin ərizə ilə mənə müraciətinizi yüksək qiymətləndirirəm.

    Axar.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Baş nazirin müavini Hacıbala Abutalıbovun vəzifədən azad edilməsi üçün müraciətini müsbət dəyərləndirdikdən sonra onu qəbul edərkən deyib.

    “Hesab edirəm ki, pensiya yaşına çatmış, hər halda 70 yaşını keçən iqtidarda təmsil olunanlar da yəqin ki, sizin nümunənizi təkrar edəcəklər. Hər halda mən buna ümid edirəm. Siz Yeni Azərbaycan Partiyasında da fəal iş görürsünüz. Hesab edirəm ki, bundan sonra da partiya tərkibində siz öz fəaliyyətinizi davam etdirməlisiniz”.
    Qeyd edək ki, bu gün Prezident İlham Əliyevin sərəncamı ilə Baş nazirin müavinləri Hacıbala Abutalıbov və Əli Həsənov vəzifələrindən azad ediliblər.
    скачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.