Mövlud Çavuşoğlu: Türkiyənin ən təhlükəli terrorçusunun ABŞ-da yaşaması qəbuledilməzdir » Ağ Xəbər
  • Rus Dili
  • Reklam
    » » Mövlud Çavuşoğlu: Türkiyənin ən təhlükəli terrorçusunun ABŞ-da yaşaması qəbuledilməzdir
    

    Mövlud Çavuşoğlu: Türkiyənin ən təhlükəli terrorçusunun ABŞ-da yaşaması qəbuledilməzdir

    20-07-2016, 15:33
    Oxunub: 297
    Şərhlər: 0
    Çap versiyası
     Mövlud Çavuşoğlu: Türkiyənin ən təhlükəli terrorçusunun ABŞ-da yaşaması qəbuledilməzdir
    "ABŞ-a Fətullah Gülənin Türkiyəyə verilməsi məsələsi ilə bağlı müvafiq addımlar atmaq üçün sübut lazım deyil".

    "Report" xəbər verir ki, bu sözləri "The Washington Post" nəşrinə müsahibəsində Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

    Nazirin sözlərinə görə, ABŞ "Taliban" hərəkatından Üsamə bin Ladenin verilməsini tələb edərkən heç bir sübut təqdim etməyib.

    Eyni zamanda, M.Çavuşoğlu ABŞ-ın F.Güləni verməkdən imtina edəcəyi təqdirdə, bunun Türkiyə cəmiyyətində mənfi qarşılanacığını bildirib. O, 80 milyon türkün hisslərini anlamağa dair çağırış edib: "Təsəvvür edin, Türkiyənin ən təhlükəli terrorçusu ABŞ-da yaşayır və türk xalqını hədəfə alır. Bizim üçün bu, qəbuledilməzdir".

    Ölkədə baş verən hadisələrin Türkiyənin İŞİD terror qruplaşmasına qarşı hərəkətlərinə təsir edib-etməyəcəyi ilə bağlı sualı cavablandıran baş nazir qeyd edib ki, İŞİD Türkiyə və ABŞ üçün ümumi düşməndir. Onun sözlərinə görə, Türkiyə İraq və Suriyada sülh və sabitlik yaratmaq üçün İŞİD-ə qarşı ABŞ və müttəfiqləri ilə birgə mübarizə aparır.скачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.