• Rus Dili
  • Reklam
    » » "Çevrilişçilərin yanında olub, utanmadan bizə yol göstərirlər, o ağılı özünə saxla" - Ərdoğandan Qərbə sərt ittihamlar
    

    "Çevrilişçilərin yanında olub, utanmadan bizə yol göstərirlər, o ağılı özünə saxla" - Ərdoğandan Qərbə sərt ittihamlar

    30-07-2016, 17:01
    Oxunub: 355
    Şərhlər: 0
    Çap versiyası
    "Çevrilişçilərin yanında olub, utanmadan bizə yol göstərirlər, o ağılı özünə saxla" - Ərdoğandan Qərbə sərt ittihamlar
    "O gecə Ankara və İstanbulda bu alçaqlar hücumlarını həyata keçirdilər. Təyyarələrlə bombaladılar. Məscidimiz qarşısını bombaladılar və orada 5 şəhid verdik. Bunu ancaq kafir edər. Bunu mən müsəlmanam, mən türkəm deyən biri edə bilərmi? Bunların bu millətlə əlaqəsi yoxdur."

    Avropa.info xəbər verir ki, bunu bu dəqiqələrdə Beştəpədə 15 iyul şəhidlərini anma mərasimində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

    Ərdoğan Qərbi ikiüzlülükdə, dövlət çevrilişi cəhdi zamanı Türkiyəyə dəstək verməməkdə ittiham edib.

    "Birləri bizə ağıl verir ki, Türkiyədə dövlət çevrilişi cəhdinə görə, həbslərdən narahatıq. Siz gedin işinizə baxın. Mənim ölkəmdə çevriliş cəhdi olacaq olacaq, 237 şəhidim, 2191 yaralım olacaq, yerindən durub bir "keçmiş olsun" deyəcəksən və 9 nəsihət verəsən. O ağılı özünə saxla.

    Bir terror aktında 5-10 adam öldüyü zaman dünya ayağa qaldırırsınız. Burada Türkiyənin seçilmiş hökumətinə qarşı çevriliş cəhdi ediləcək, siz bu hökumətin yanında olmaqdansa, çevrilişçilərin yanında olacaqsınız.

    Nə Avropa Birliyindən , nə də Avropa Şurasından bura başsağlığı üçün gələn yoxdur. Utanmadan sıxılmadan bizə yol göstərirlər. Sonra da "Ərdoğan çox əsəbidir " deyirlər. Qardaşlarım, bayaq bir söz dediniz, unutmayın, biz yalnız və yalnız sualın Allahın qarşısında əyilirik."скачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.