• Rus Dili
  • Reklam
    » » Ədliyyə Nazirliyi Tural Abbaslının rəhbərlik etdiyi partiyanın sənədlərini növbəti dəfə geri qaytarıb
    

    Ədliyyə Nazirliyi Tural Abbaslının rəhbərlik etdiyi partiyanın sənədlərini növbəti dəfə geri qaytarıb

    29-08-2016, 17:11
    Oxunub: 335
    Şərhlər: 0
    Çap versiyası
    Ədliyyə Nazirliyi Tural Abbaslının rəhbərlik etdiyi partiyanın sənədlərini növbəti dəfə geri qaytarıb
    Ədliyyə Nazirliyi Vahid Azərbaycan Partiyasının (VAP) iyunun 26-da keçirilən qurultayı ilə bağlı müvafiq məlumatların dövlət reyestrinə daxil edilməsi ilə bağlı müraciətini cavablandırıb.
    Bu barədə "Report"a partiyanın Məclis üzvü Rüfət Hacıbəyli məlumat verib.
    O bildirib ki, nazirlik növbəti dəfə sənədləri geri qaytarıb: "Nazirliyin məktubunda bəzi çatışmazlıqların olduğu göstərilib. Təbii ki, bu, kiçik texniki problemlərdir. Sənədlər, artıq ikinci dəfədir ki, geri qaytarılır. Biz yenidən müraciət edəcəyik, bu müraciətimiz həm də sonuncu olacaq".
    R.Hacıbəyli qeyd edib ki, Ədliyyə Nazirliyi növbəti dəfə də qurultayla bağlı müvafiq məlumatları dövlət reyestrinə daxil etməsə, məhkəməyə müraciət ediləcək.
    Qeyd edək ki, Vahid Azərbaycan Partiyasının sonuncu qurultayında Müsavat Partiyasının başqanlığına sabiq namizəd Tural Abbaslı sədr seçilib. Bundan əlavə, partiyanın adı dəyişdirilərək Ağ Partiya adlandırılıb.скачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.