DataLife Engine > Gündəm / Xeberlenti > Ərdoğan hərbi geyimdə Suriya sərhədinə gəldi - Foto

Ərdoğan hərbi geyimdə Suriya sərhədinə gəldi - Foto


26-01-2018, 00:00. Разместил: Cavid
 Ərdoğan hərbi geyimdə Suriya sərhədinə gəldi - Foto


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Baş Qərargah rəisi Hulusi Akarla birlikdə “Zeytun budağı” əməliyyatının 6-cı günündə Hataydakı Əməliyyat Mərkəzində olub.

Axar.az xəbər verir ki, dövlət başçısı general-leytenant Təməl və digər vəzifəli şəxslərdən əməliyyat barədə məlumat alıb.

Prezidenti səfərdə Baş nazirin müavini Bəkir Bozdağ, Müdafiə naziri Nüreddin Canikli, Quru Qoşunlarının komandanı Yaşar Gülər, Hatay valisi Ərdal Ata müşayiət edir.

***

Hatay Əməliyyat Mərkəzində olan Ərdoğanın hərbi formada görüntüləri yayılıb.

Dövlət başçısı əməliyyatların koordinasiyası ilə bağlı məlumat aldıqdan sonra hərbçilərə xitab edib.

O, “Zeytun budağı” əməliyyatının məqsədinin Afrini terrorçulardan təmizləmək və ölkənin təhlükəsizliyini təmin etmək olduğunu bildirib.


 Ərdoğan hərbi geyimdə Suriya sərhədinə gəldi - Foto


 Ərdoğan hərbi geyimdə Suriya sərhədinə gəldi - Foto

скачать dle 10.6фильмы бесплатно
Вернуться назад