DataLife Engine > Gündəm / Xeberlenti / Manşet > AĞ Partiya Milli Şuranın mitinqi ilə bağlı bəyanat verdi

AĞ Partiya Milli Şuranın mitinqi ilə bağlı bəyanat verdi


19-10-2019, 18:15. Разместил: Rufet AĞ Partiya Milli Şuranın mitinqi ilə bağlı bəyanat verdi

Bu gün 19 oktyabr 2019-ci il tarixində Milli Şura Bakı şəhərinin mərkəzində etiraz aksiyası keçirməyə cəhd etmişdir. Bu zaman aksiya iştirakçıları və siyasi rəhbərlər zorakılığa və qanunsuz həbslərə məruz qalmışlar. Onlarla insan haqsız yerə saxlanılmış, təzyiq və təqiblərə məruz qalmışdır. Azərbaycan Respublikası konstitusiyasının 49-cu maddəsinə əsasən hər bir vətəndaşın sərbəst toplaşma hüququ mövcuddur. Biz Ağ Partiya olaraq konstitusiyanın bu maddəsini əsas götürərək hakimiyyətin insanların sərbəst toplaşmasını qeyri qanuni olaraq qadağan etməsini qətiyyətlə pisləyirik. Həmçinin qanunsuz həbsləri və zorakılıq faktlarını şiddətlə qınayaraq belə halların hüquqi dövlətdə baş verməsinin qəbuledilməz olduğunu hesab edirik. Ağ Partiya olaraq Azərbaycan iqtidarını sərbəst toplaşma hüququna qoyulan qanunsuz məhdudiyyəti aradan qaldırmağa, həbs olunmuş siyasi fəalları və sıravi vətəndaşları dərhal azadlığa buraxmağa və bu qanunsuz əməlləri törədən şəxsləri məsuliyyətə cəlb etməyə çağırırıq. Azərbaycan hakimiyyəti unutmamalıdır ki, onun belə qanunsuz fəaliyyəti Azərbaycanın beynəlxalq aləmdəki nüfuzuna xələl gətirir və bu da öz növbəsində ölkəmizin beynəlxalq arenada zəifləməsinə səbəb olur.
скачать dle 10.6фильмы бесплатно
Вернуться назад