• Rus Dili
  • Reklam
    » » “Şahdəniz 2” layihəsi çərçivəsində işlərin 50 faizdən çox hissəsi artıq reallaşdırılıb
    

    “Şahdəniz 2” layihəsi çərçivəsində işlərin 50 faizdən çox hissəsi artıq reallaşdırılıb

    1-02-2016, 16:54
    Oxunub: 456
    Şərhlər: 0
    Çap versiyası
    “Şahdəniz 2” layihəsi çərçivəsində işlərin 50 faizdən çox hissəsi artıq reallaşdırılıb
    “Cənub qaz dəhlizi”nin Məşvərət Şurasının ilk iclasından ötən bir il ərzində layihə üzrə mühüm işlər görülüb. “Şahdəniz 2” layihəsi çərçivəsində işlərin 50 faizdən çox hissəsi artıq reallaşdırılıb.
    AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə müsahibəsində energetika naziri Natiq Əliyev məlumat verib. Nazir bildirib ki, Cənubi Qafqaz Boru Kəməri (CQBK) üzrə isə təxminən boruların 20 faizi artıq inşa edilib. Gürcüstanda kompressor stansiyalarının tikintisinə başlanılıb: “Biz də, BP şirkəti də dəfələrlə elan etmişik ki, layihə üzrə görülən işlər qrafiki qabaqlayır”.
    “Trans-Anadolu qaz boru kəməri (TANAP) layihəsi üzrə də böyük işlər görülüb, bütün borular Türkiyəyə gətirilib. Layihədəki hər 3 lot üzrə qazıntı işləri həyata keçirilir, borular qaynaq edilir. “Trans-Adriatik” (TAP) qaz boru kəmərinin də bu ildən inşasına başlanılacaq. Artıq müvafiq sənədlər – lisenziyalar, icazələr hökumətlərdən alınıb. Ən əsası isə odur ki, ətraf mühitə təsir sənədi artıq təsdiq olunub. Məşvərət Şurasının ikinci iclasında biz həmin layihənin iştirakçısı olan ölkələrin nazirləri ilə bu situasiyanı müzakirə edəcəyik. İclasda gələcəkdə yarana biləcək problemlərin aradan qaldırılması da nəzərdən keçiriləcək”, - deyə N.Əliyev qeyd edib.
    “Şahdəniz 2” layihəsi çərçivəsində işlərin 50 faizdən çox hissəsi artıq reallaşdırılıbскачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.