• Rus Dili
  • Reklam
    » » İndiyədək TANAP-a 8,5 mlrd. dollar yatırılıb
    

    İndiyədək TANAP-a 8,5 mlrd. dollar yatırılıb

    21-07-2017, 04:04
    Oxunub: 131
    Şərhlər: 0
    Çap versiyası
    "Cənub Qaz Dəhlizi layihəsi, o cümlədən onun komponentləri olan TANAP və TAP layihələri Avropanın enerji təhlükəsizliyinin təmin olunması baxımından olduqca əhəmiyyətli layihələrdir".
    İndiyədək TANAP-a 8,5 mlrd. dollar yatırılıb
    agxeber.com "APA-Economics-ə"istinadən xəbər verir ki, bunu "Anadolu" agentliyinə müsahibəsində SOCAR prezidenti Rövnəq Abdullayev bildirib.

    TANAP-ın tikintisinin sürətlə davam etdiyini bildirən SOCAR prezidenti qeyd edib ki, layihənin uğurunun təməlində Azərbaycanla Türkiyə arasında qurulan sağlam münasibətlər dayanır. "Hazırda TANAP-ın tikintisinin 77,3%-i tamamlanıb. Bildiyimiz kimi, ilkin mərhələdə bu kəmər vasitəsilə 2018-ci ilin ikinci yarısından etibarən Türkiyəyə 6 mlrd. kubmetr qaz nəql olunacaq. İkinci mərhələdə bu kəmər vasitəsilə Avropaya 10 mlrd. kubmetr qaz ixrac ediləcək. Biz ikinci mərhələyə 2019-cu ildən hazır olacağıq, lakin Avropanın hazır olması üçün 2020-ci ili gözləmək lazımdır. Sevindiricidir ki, Türkiyə hökuməti bu layihəyə böyük dəstək verir. Bunun hesabına biz layihəni reallaşdırılmasında qrafiki qabaqlayırıq", - deyə R. Abdullayev qeyd edib.

    Dövlət şirkətinin rəhbəri deyib ki, indiyədək TANAP-a 8,5 mlrd. dollar məbləğində investisiya yatırılıb.скачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.