Avropa daxili yanacaq mühərrikləri ilə vidalaşmaq istəyir » Ağ Xəbər
  • Rus Dili
  • Reklam
    » » Avropa daxili yanacaq mühərrikləri ilə vidalaşmaq istəyir
    

    Avropa daxili yanacaq mühərrikləri ilə vidalaşmaq istəyir

    30-07-2017, 04:20
    Oxunub: 140
    Şərhlər: 0
    Çap versiyası
    Avtomobil sənayeçiləri isə bununla bağlı veriləcək qərarın tələsik olduğunu düşünür; iqtisadiyyat milyonlarla iş yeri itirə bilər
    Avropa daxili yanacaq mühərrikləri ilə vidalaşmaq istəyir
    Artıq Avropa ölkələrindən bəziləri gələcəkdə daxili yanacaq mühərriklərinə (DYM-red.) qadağanı gətirəcək qanunlar qəbul etməyə başlayır. Bu yaxınlarda Böyük Britaniya 2040-cı ilə qədər DYM-lərin yasaqlanması barədə qanun qəbul edib.




    Xarici mətbuatın yazdığına görə, qadağa həm benzin və dizel yanacağı ilə işləyən, həm də hibrid maşınlara şamil olunacaq.
    Böyük Britaniya bununla bqğlı qərar verən ilk ölkə deyil. Elektromobillər məsələsində daha aktiv olan Norveç DYM-lərə qoyduğu qadağanı daha erkən tarixə -2025-ci ilə çəkib.

    Bu ayın əvvəlində isə Fransanın ekologiya naziri Nikol Ülo ölkəsinin 2040-cı ilə qədər yanacaq mühərriklərinə yasaq gətirmək niyyətində olduğunu bildirib.

    Dünya sənaye nəhəngi Çin də elektromobillərə dəqiq kvota ayrılması üzərində işlər aparır.

    Avropanın ən böyük avtomobil istehsalçısı Almaniyada isə məsələ ətrafında qızğın müzakirələr gedir. Burada yalnız Yaşıllar partiyası 2030-cu ilə qədər yanacaq mühərriklərinin qadağan olunmasına çağırışlar edir. Lakin həm London, həm Paris, həm də Oslodan gələn xəbərlər ölkənin mühafizəkar qanadında da bənzər təkliflərin ortaya çıxmasına səbəb olub. “Deyəsən, biz tezliklə DYM texnologiyaları ilə vidalaşma prosedurlarına başlamalı olacağıq”, - Die Welt qəzeti hakim Xristian Demokrat Birliyindən olan deputat Oliver Vitkedən sitat gətirib.

    Bundan başqa, Sol partiyanın nümayəndəsi Herbert Berens də yağ enerji daşıyıcısından istifadə edən nəqliyyat vasitəsindən imtina edilməsi müddətinin dəqiqləşdirilməsini tələb edib.

    Hökumət isə hələ ki bu məsələdə olduqca istəksiz görünür.
    “Dizel və benzin nəqliyyatının qadağan olunması bu hökumətin gündəmində deyil”, - hökumət sözcüsü Ulrike Demmer bildirib. Nəqliyyat nazirliyi isə ümumiyyətlə bu təklifi verənləri tənqid edərək, onları bəzi elmi araşdırmalardan xəbəri olmamaqda ittiham edib.

    Nazirlik rəsmiləri söylənilənlərin əksinə, benzinlə çalışan avtomobillərin elektriklə işləyən maşınlardan çox ziyan vurmadığını, əksinə, elektromobillərin “iqlim balansı”nın daha neqativ olduğunu dilə gətiriblər. Belə ki, həmin avtomobillərin akkumlyatorlarının enerji sərfiyyatında daha çox zəhərli qazın buraxıldığı iddia edilir.

    Britaniyada isə ayrı cür düşünürlər. Onlar xüsusilə Londonun dünyanın ən çirkli havasına sahib şəhərlədən biri halına gəldiyini bildirirlər. Keçən il Krallıq fizika kollecinin araşdırmasına əsasən hər il hava çirkliliyindən 40 min britaniyalının öldüyü təsbit edilib.

    Londonun bəzi rayonlarında havanın çirklənməsinin illik dərəcəsi cəmi bir həftədə “əldə oluna” bilir. Bəzi günlərdə isə havanın zəhərlənmə səviyyəsi Pekini belə ötür. Şotlandiyanın Qlazqo şəhəri isə nəqliyyat səbəbindən dünyanın ən zəhərli şəhərlərindən biri hesab olunur.

    Avropa sənayesi müqavimət göstərir

    Bu arada Böyük Britaniyanın avtomobil istehsalçıları birliyi qərarın nəticələri barədə ciddi xəbərdarlıqlar ediblər.

    Avtomobil sənayesi ölkəni nə az, nə çox, 800 min iş yeri ilə təmin edir.

    Birliyin idarə heyətinin sədri Mayk Housa görə, elektromobillərin gələcəkdə istehlakçıların tələblərini qarşılayacağına olduqca şübhəli görünür. Avtomobil həvəskarları və sürücülər uzaq məsafəni qət edə bilməməsi, habelə elektrik doldurma stansiyaların azlığı səbəbindən elektromobillərə ciddi maraq göstərmirlər. Hazırda elektrik mühərrikləri ilə çalışan avtomobillər ümumi göstəricinin heç 1%-nə belə bərabər deyil.
    Avropanın yanacaq mühərriklərinə qoyduğu qadağaya daha bir tənqidi münasibət “Opel” markasının sahibinə çevriləcək PSA konserninin (Fransa) rəhbəri Karlos Tabarezdən gəlib. Tabarez avtomobil sənayesində Avropada 12 milyondan çox insanın çalışdığını bildirib: “Başa düşmürəm, Avropa öz avtomobl sənayesi ilə nə etmək istəyir”, -Tabarez mətbuata söyləyib.


    Musavat.comскачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.