• Rus Dili
  • Reklam
    » » Avropa bankı Azərbaycanın boru kəmərinə yarım milyard dollar ayıracaq
    

    Avropa bankı Azərbaycanın boru kəmərinə yarım milyard dollar ayıracaq

    4-08-2017, 23:22
    Oxunub: 168
    Şərhlər: 0
    Çap versiyası
    Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD, AYİB), “Cənub Qaz Dəhlizi”nin ən böyük hissəsini təşkil edən Trans Anadolu Təbii Qaz Boru Kəməri (TANAP) layihəsində istifadə edilmək üçün Azərbaycana məxsus “Cənub Qaz Dəhlizi“” şirkətinə 500 milyon dollar məbləğində kredit ayırmağı planlaşdırır.
    Avropa bankı Azərbaycanın boru kəmərinə yarım milyard dollar ayıracaq
    “Marja” xəbər verir ki, İdarə Heyətinin 18 oktyabrda keçiriləcək toplantısında kreditin təsdiq olunması gözlənilir.
    Açıqlamada, ümumi dəyəri 8,6 milyard dollar olan TANAP layihəsi üçün daha əvvəl Dünya Bankının 800 milyon dollarlıq və Asiya İnkişaf Bankının da 600 milyon dollarlıq kredit ayırmaları təsdiq etdiyi xatırladılıb.

    Avropa İnvestisiya Bankının da TANAP üçün kredit təmin etməyi düşündüyü bildirilən açıqlamada layihənin Türkiyə və Avropanın enerji təhlükəsizliyinin təmin etməsi baxımından əhəmiyyətli olduğu vurğulanıb.

    Açıqlamada “Cənub Qaz Dəhlizi”nin böyük bir hissəsini təşkil edən TANAP-ın tikintisi müddətində 9 mindən artıq, daimi olaraq isə təxminən 300 nəfərə məşğulluq təmin ediləcəyi ifadə edilib.

    “Cənub Qaz Dəhlizi” şirkəti layihədə 58 faiz paya malikdir. Böyük hissəsi Azərbaycan hökumətinə məxsus bu şirkətin TANAP üçün yatıracağı investisiyanın 5 milyard dollara çatacağı qeyd edilib.

    “Cənub Qaz Dəhlizi” şirkətinin 51 faiz hissəsi Azərbaycan hökumətinə, 49%-i ARDNŞ-ə (SOCAR) məxsusdur.

    İlk fazada 16 milyard kubmetr tutuma malik olacaq TANAP bu qazın 6 milyard kubmetrini Türkiyəyə, 10 milyard kubmetrini isə Avropaya daşıyacaq.
    virtualaz.orgскачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.