• Rus Dili
  • Reklam
    » » Qızıl müəmması - Saleh Məmmədov “cəfəng xəbərdir” deyir
    

    Qızıl müəmması - Saleh Məmmədov “cəfəng xəbərdir” deyir

    5-08-2017, 00:00
    Oxunub: 210
    Şərhlər: 0
    Çap versiyası
    Rəşad Həsənov: “Satılan qızılın həcmi Mərkəzi Bankın ehtiyatlarından daha çoxdur”
    Qızıl müəmması - Saleh Məmmədov “cəfəng xəbərdir” deyir
    Azərbaycan bu ilin fevral ayında rəsmi qızıl ehtiyatlarının geri qalan 18 tonunu da satıb. Bu barədə Ümumdünya Qızıl Şurası məlumat yayıb. Şuranın avqustun 1-də yenilədiyi dünya ölkələri üzrə rəsmi qızıl ehtiyatlarının statistikası hesabatına görə, Azərbaycan qlobal reytinqdə yer almayıb.



    Qeyd edək ki, yanvar ayında Azərbaycan 18 ton rəsmi qızıl ehtiyatlarına sahib olub və qlobal reytinqdə 63-cü sırada yer alıb. Ümumdünya Qızıl Şurasının hesabatına görə, Azərbaycan rəsmi qızıl ehtiyatlarını 2016-cı ilin sentyabr ayından etibarən satmağa başlayıb. Belə ki, sentyabr ayında satış həcmi 1 ton, oktyabrda 4,2 ton, noyabrda 3 ton, dekabr 2 ton, cari ilin yanvarında 2 ton və fevralda 18 ton təşkil edib. Yəni, Azərbaycan 6 ay ərzində bütün qızıl ehtiyatlarını satıb.

    Bu məlumata cavab olaraq, avqustun 4-də Azərbaycan Respublikası Dövlət Neft Fondu Azərbaycanın qızıl ehtiyatının satılması ilə bağlı xəbərlərə münasibət bildirib. ARDNF-dan “Yeni Müsavat”a verilən məlumata görə, ARDNF-nin investisiya portfelinə daxil olan qızılın miqdarı hazırda 30 175 kq (970 146 troya unsiyası) təşkil edir və cari ildə qızılın miqdarında heç bir dəyişiklik baş verməyib: “Bir daha qeyd edirik ki, ARNDF-nin investisiya portfelinə daxil olan qızılın Mərkəzi Bankdan ARDNF-nin inzibati binasında yerləşən xəzinəyə daşınması prosesi 2017-ci ildə tam başa çatdırılıb. ARDNF-nin investisiya portfelinə daxil olan qızıl yatırımları ilə bağlı məlumatlar ARDNF-nin rüblük və illik hesabatları vasitəsi ilə mütəmadi olaraq ictimaiyyətə çatdırılır”
    Qızıl müəmması - Saleh Məmmədov “cəfəng xəbərdir” deyir
















    Azərbaycanın sabiq maliyyə naziri Saleh Məmmədov da bu xəbərə münasibət bildirərkən, deyilənləri mümkünsüz hesab edib: “Cəfəng xəbərdir, belə şey olması inandırıcı deyil”.

    “Yeni Müsavat” olaraq bu mövzunu ekspertlərlə dəyərləndirməyə çalışdıq. Əgər Neft Fondunun ehtiyatları yerindədirsə, bəs satılan hansı qızıllardır? İndiki məqamda, dünya bazarında qızılın qiymətinin ucuzlaşdığı bir vaxtda , ehtiyatdakı qızılların satılması nə dərəcədə doğru addımdır? Hökumətin bu cür məcburiyyəti varmı?

    Qəzetimizə açıqlamasında bu sualları cavablandıran iqtisadçı ekspert Rəşad Həsənov bildirdi ki, bu bir qədər mübahisəli məsələdir: “Beynəlxalq hesabatlarda yer alan bu informasiya ötən il də, bu il də qızıl ehtiyatlarının əsas sahibi rolunda çıxış edən Neft Fondu tərəfindən inkar edildi. Neft Fondu qızıl ehtiyatlarının saxlandığını iddia edir. Bu çox maraqlı bir vəziyyətdir. Azərbaycan cəmi iki mənbədən qızıl sata bilər: birincisi Mərkəzi bankın qızıllarını, ikincisi Neft Fondunun ehtiyat qızıllarını. Göstərilən rəqəmlərə baxsaq görərik ki, kifayət qədər böyük həcmdə qızıl satılıb. Bu isə Mərkəzi Bankın ehtiyatları çərçivəsində ola biləcək rəqəm deyil. Digər tərəfdən, Neft Fondunun ehtiyatları da yerində qalıb. Biz nisbətən şəffaf qurum kimi fəaliyyət göstərən Neft Fondunun məlumatına inansaq, ola bilər ki, beynəlxalq qurum tərəfindən yayılan məlumatlar hansısa formada gerçəkliyi əks etdirmir”.

    R. Həsənov hesab etmir ki, Neft Fondu kimi bir qurum bu qədər böyük bir informasiyanı gizlətməyə cəhd bilər: “Neft Fondu hesabatlı bir qurumdur, aktivlər və qızıl ehtiyatları ilə bağlı ötən il də ardıcıl olaraq məlumatlar açıqlandı. Audit yoxlamalarında da bu məlumat öz əksini tapdı ki, Neft Fondunun qızıl ehtiyatları yerindədir. Bu prizmadan çıxış etsək, demək olar ki, Fondun verdiyi məlumat daha doğrudur.

    Qızıl ehtiyatları problemli situasiyalar üçün, xüsusilə də maliyyə bazarlarında yaranacaq risk, ölkənin xarici borcları ilə bağlı yaranmış risk zamanı istifadə edilmək məqsədi ilə toplanır. Digər hallarda Mərkəzi Banklar və maliyyə qurumları qızılın qiymətinin artacağı proqnozu ilə bu kimi addım atırlar”.
    Qızıl müəmması - Saleh Məmmədov “cəfəng xəbərdir” deyir
    İqtisadçının sözlərinə görə, hazırki durumda qızılın satılması Neft Fondu üçün ziyanla nəticələnə bilər: “Hazırki situasiyaya nəzər salsaq, qızılın qiyməti kifayət qədər ucuzlaşıb. Baxmayaraq ki, ötən il 1080 dollara qədər düşdü və sonradan bahalaşma baş verdi, sonradan qiymət yenə ucuzlaşdı. Qızılın bir unsiyasının qiyməti 1220 ABŞ dollarıdır. Bu Azərbaycanın, xüsusən Neft Fondunun aldığı qızılın qiymətindən kifayət qədər aşağıdır. Əgər biz təkcə Neft Fondunun rezervlərini qiymətləndirsək, o zaman məlum olur ki, qızılın bir unsiyasının qiyməti ucuz satılarsa, bunun Neft Fondu üçün itkiləri 990 milyon ABŞ dollarına bərabərdir.

    Fond həmin rezervləri, bir unsiyası orta hesabla 1451 dollardan alıb. İndiki qiymətlərlə satış təxminən hər unsiyada 230 dollar itkiyə gətirib çıxara bilər. Halbuki , qızılın böyük bir qisminin son həftələrdə satıldığı ilə bağlı məlumat beynəlxalq hesabatlarda da yer alıb. Bu dövr isə qızılın qiymətinin alındığı dövrlə müqayisədə 200 dollardan çox aşağı düşdüyü dövrə təsadüf edir. Bu da itkiləri artıra bilər. Düşünmürəm ki, Fond bu qızılı satsın. Əgər satarsa, məqsəd hansısa formada öhdəlikləri yerinə yetirmək cəhdi ola bilər”.

    Rəşad Həsənov bir daha vurğuladı ki, hazırda Neft Fondunun kifayət qədər manatı var, büdcə qarşısında öhdəliyini bununla yerinə yetirə bilir: “Həmçinin valyuta bazarlarında tələbin az olması nəticəsində Fond bazarlarda faktiki olaraq konvertasiya prosesində az iştirak edir. O baxımdan düşünmürəm ki, Fondun o dərəcədə ciddi likvitlik problemi olub ki, bu qızıl ehtiyatlarını satsın. Bu da mülahizələrə uyğun gəlmir. Hazırda Fondun qızıl ehtiyatlarının satışını həyat keçirməyə vadar edən ehtiyacları görmürəm. Ola bilər ki, Mərkəzi Bank müəyyən qədər bu proseslərdə iştirak edib, öz ehtiyatlarını satıb. Ancaq açıqlanan rəqəmlərin həcmi iki variant ortaya qoyub: Neft Fondunun qızıl satmasını ya inkar , ya da qəbul etməsi lazımdır. Çünki kifayət qədər böyük rəqəmlərdir və Mərkəzi Bankın imkanları çərçivəsində deyil. Əgər neft Fondu da satış etməyibsə, ola bilsin ki, bütövlükdə bu rəqəmlərin özündə bizim bilmədiyimiz nöqsanlar var”.



    Nərgiz LİFTİYEVA

    Musavat.comскачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.