“Lukoil” və SOCAR Türkiyə şirkətlərinə birgə yatırım edə bilər » Ağ Xəbər
  • Rus Dili
  • Reklam
    » » “Lukoil” və SOCAR Türkiyə şirkətlərinə birgə yatırım edə bilər
    

    “Lukoil” və SOCAR Türkiyə şirkətlərinə birgə yatırım edə bilər

    15-08-2017, 01:53
    Oxunub: 197
    Şərhlər: 0
    Çap versiyası
    “Türkiyənin pərakəndə neft məhsulları bazarı “Lukoil” şirkəti üçün cəlbediciliyini qoruyur”.
     “Lukoil” və SOCAR Türkiyə şirkətlərinə birgə yatırım edə bilər
    agxeber.com Avropa.info-ya istinadən xəbər verir ki, bu barədə şirkətin İdarə Heyətinin üzvü, baş təchizat və satış üzrə böyük vitse-prezident Vadim Vorobyov bildirib.
    Onun sözlərinə görə, “Lukoil” bu məqsəd üçün artıq 1 mlrd. dollar ayırıb. V. Vorobyov qeyd edib ki, Türkiyənin yanacaq neft məhsulları bazarı şirkət üçün strateji əhəmiyyətə malikdir.
    “Şirkətimiz Türkiyə bazarında iştirak payının artırılması üçün yollar axtarır. Biz SOCAR rəsmiləri ilə üçüncü şirkətlərin aktivlərinin alışını müzakirə etmişik. Hələlik bununla bağlı konkret qərar qəbul olunmayıb”, – deyə o bildirib.
    Vorobyov əlavə olaraq bildirib ki, “Lukoil” Türkiyənin pərakəndə yanacaq bazarının 5-6 faizinə nəzarət edir. “2000-2010-cu illərdə Türkiyə bazarı Avropa bazarından daha əlverişli idi. Lakin sonradan yerli qanunvericiliyə olunan dəyişiklik vəziyyəti dəyişdi. Buna baxmayaraq, Türkiyə bazarı cəlbediciliyini qoruyur”, – deyə o qeyd edib.скачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.