Maşın bazarında vəziyyət dəyişdi – Qiymətlər qalxdı » Ağ Xəbər
  • Rus Dili
  • Reklam
    » » Maşın bazarında vəziyyət dəyişdi – Qiymətlər qalxdı
    

    Maşın bazarında vəziyyət dəyişdi – Qiymətlər qalxdı

    23-01-2018, 14:38
    Oxunub: 93
    Şərhlər: 0
    Çap versiyası
    Maşın bazarında vəziyyət dəyişdi – Qiymətlər qalxdı


    Son ayın (dekabr) göstəricilərinə görə, Bakıda avtomobil bazarında orta qiymət 18 790 manat təşkil edib.

    Bu barədə Trend-ə məlumat veriəb “MBA Group” konsaltinq şirkətinin direktoru, ekspert Nüsrət İbrahimovun sözlərinə görə, bu o deməkdir ki, noyabr ayı ilə müqayisədə orta qiymət 12,18 faiz artıb.

    Ekspert qeyd edib ki, 2017-ci ilin dekabrında paytaxtın avtomobil bazarında cəmi 2 038 avomobil satışa çıxarılıb: “Noyabr ayı ilə müqayisədə bazarda təkliflər portfeli 0,89 faiz artıb. Satışa çıxarılan avtomobillərin 90,2 faizi benzin mühərriki ilə işləyən avtomobillərdir. Dizel mühərriki ilə işləyən avtomobillərin payı 9,8 faiz təşkil edib”.

    N.İbrahimov bildirib ki, 2017-ci ilin dekabrında bazarda avtomobillərin orta yürüş məsafəsi 200,7 min kilometr təşkil edib və noyabr ayı ilə müqayisədə 2,17 faiz artıb. Avtomobillərin orta yaşı 14,4 təşkil edib ki, bu da noyabr ayı ilə müqayisədə 0,01 faiz çoxdur.

    Ekspert əlavə edib ki, bazarda təklif olunan orta illik istismar 5,23 faiz təşkil edib: “Beş ilədək olan avtomobillərdə bu göstərici 10,39 faiz, 5-10 il yaşı olan avtomobillərdə 8,84 faiz, 10 ildən yuxarı avtomobillərdə isə 4,8 faiz təşkil edib”.скачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.