• Rus Dili
  • Reklam
    » » Kriptovalyutalar bu gün və sabah...
    

    Kriptovalyutalar bu gün və sabah...

    1-02-2018, 17:01
    Oxunub: 1 114
    Şərhlər: 0
    Çap versiyası
    Kriptovalyutalar bu gün və sabah...

    Son dövrdə kriptovalyutalarla bağlı çox tez-tez rastlaşdığım və maraq doğuran bəzi suallara aydınlıq gətirmək istəyirəm.

    Kriptovalyuta nədir?
    Bitcoin ilk kriptovalyutadır və öncəki kimi ən əhəmiyyətlisi olaraq qalmaqda davam edir. Ancaq 8 il boyunca digər kriptovalyutaların da yaradıldığının şahidi olduq.
    Litecoin (LTC) və ya Dogecoin (DOGE) kimi yeni rəqəmsal valyutalar bəzi dəyişiklikləri (tranzaksiyaların sürətləndirilməsi və ya inflyasiyanın baza səviyyəsinin saxlanılması) nəzərə almazsaq Bitcoin ilə demək olar ki, eyni vəzifəni yerinə yetirirlər. Digər Ethereum və ya BAT (basic attention token) kimi kriptovalyutalar da eyni formada işləsə də, yalnız bulud hesablamalarında və ya rəqəmsal reklam platformalarında tətbiq edilirlər.

    Bitcoin nədir?
    Bicoin həqiqətdə konkret fiziki və ya rəqəmsal obyekt kimi mövcud deyil. Siz Bicoin-ə sahib olduğunuz zaman, sizin aldığınız Bitcoin-in mayner tərəfindən qanuni olaraq yaradıldığını və ardınca isə bir sıra qanuni tranzaksiyaların sizə verildiyini tanıyan və təsdiq edən bitcoin şəbəkəsinin hər bir üzvünün kollektiv razılaşmasını əldə edirsiniz.

    Kriptovalyutalar necə istifadə olunur?
    Bitcoin bəzi online əməliyyatlarda və daha az real əməliyyatlarda ödəniş vasitəsi kimi istifadə olunur. Digər kriptovalyutalar isə daha məhdud tətbiq edilirlər. Kriptovalyutaların həqiqətdə nə olduğu deyil, daha çox nə ola biləcəyi hər kəsi düşündürür.

    Nə üçün desentralizasiya əhəmiyyət daşıyır?
    Kriptovalyutalar həqiqətdə sadəcə olaraq məlumat bazasıdır. Məsələn Bitcoin, bitcoin-lərin kimlərə məxsus olduğu və sahibləri tərəfindən hansı əməliyyatların icra edildiyi haqqında informasiya yer alan böyük bir məlumat bazasıdır. Bir növü, pul sahiblərinin kimlər olduğu və onlar arasında hansı əməliyyatların icra edildiyi ilə bağlı böyük məlumat bazasına sahib olan banklara bənzədə bilərik. Fərq ondadır ki, Bitcoin-in məlumat bazasını heç kim idarə etmir. Banklar pulun miqdarında dəyişiklik etmək üçün birtərəfli qaydada öz məlumat bazalarını redaktə edə bilirlər. Ancaq Bitcoin-də yeganə qayda böyük əksəriyyətin razılığı ilə fəaliyyət göstərməsidir.

    Cinayət hallarının baş verməsi mümkündürmü?
    Olduqca mümkündür. Kriptovalyutaların mərkəzləşdirilməmiş məlumat bazasına sahib olmaları maliyyə cinayətlərinin törədilməsinə ideal zəmin yaradır. Bu səbəbdən də, Bitcoin narkotik vasitələrin online tacirlərinin və məlumat bazasını qıran kiber cinayətkarların seçiminə çevrilmişdir.

    Blockchain nədir?
    Blockchain konsepsiyası bütün kriptoterminlərin əsasında dayanır. Hər dəfə kriptovalyuta ilə tranzaksiyası icra edildiyi zaman bununla bağlı məlumatlar, hər kəsin yenilənmiş mülkiyyət qeydlərinə malik olması üçün bütün şəbəkəyə yayımlanır. Periodik olaraq bütün sonuncu dəyişikliklər bir “blok”da birləşdirilərək arxivə əlavə olunur. Buna görə də, Blockchain bütün əvvəlki blokların əlaqəli siyahısı sayılır və kriptovalyutaların hər bir vahidinin mülkiyyətçisinə tam arxiv qeydi olaraq xidmət edir.

    Maynerlər nəyə xidmət edirlər?
    Onlar blockcheyn-ləri qururlar. Bu proses kriptovalyutalara görə fərqlənir. Bitcoin-lərdə hər 10 dəqiqədən və ya ona yaxın müddətdən bir bütün tranzaksiyaların yerinə yetirilməsi üçün təsadüfi bir mayner seçilir, onların təsdiq olunduğu bəyan edilir və daha sonra onlar zəncirə əlavə edilmək üzrə bir əməliyyat blokunda birləşdirilir. Mükafat olaraq maynerlərə hazırda təqribən 140.000 dollar dəyərində olan yeni bir Bitcoin yaratmalarına icazə verilir.

    Daha çox necə qazanmaq olar?
    Qısa olaraq cavab versək: ucuz alıb baha satmaqla. Səkkiz il öncə Bitcoin-in demək olar ki, heç bir dəyəri yox idi. Səkkiz ay əvvəl dəyəri 1.200 dollaradək yüksəldi, dekabr ayında dəyəri maksimuma (20.000 dollar) çatdı və hal-hazırda 11.500 dollar dəyərindədir. Gələcəkdə dəyərinin nə qədər olacağını demək bir qədər çətindir. Yeni alternativ kriptovalyutalar yaradılarsa (məsələn: Çinin yeni kriptovalyuta yaradacağı ehtimal olunur) düşünürəm ki, dəyərində ucuzlaşma baş verə bilər.

    Problem gözləniləndirmi?
    Ola bilər: ümumi ictimai rəy böyük bir spekulyasiya dalğasına səbəb ola bilər ki, sonda hər kəs uğursuzluğa düçar olar. İnsanlar digərlərinin kriptovalyutadan böyük pullar qazandığını duyaraq almağa həvəs göstərirlər və nəticədə qiymətlərdə süni artım yaranır. Qiymətlərin reallığı tam olaraq əks etdirməməsi nəticədə hər şeyin sonunu gətirə və çoxları böyük itkilərlə üzləşə bilər.

    Gələcəkdə kriptovalyutaları nə gözləyir?
    Kriptovalyutalar bundan sonra daha çox populyarlıq qazana və gündəlik həyatımızda geniş istifadə oluna bilər. Bu isə nəticədə bir qrup insanın (hansılarki bu valyutaya ilkin dövrdə sahib olmuşlar) həddindən artıq zənginləşməsinə gətirib çıxaracaq. Spekulyasiya dalğası çox ciddi fəlakətlərlə nəticələnə, kriptovalyutalara inamın tam olaraq itirilməsinə, mənfəət əldə etmək üçün minlərlə və ya milyonlarla dollar sərf edən investorların və maynerlərin iflasına səbəb ola bilər. Belə olan halda kriptovalyutalar texnoloji tənəzzülə uğrayacaq. Ola bilər ki, hər şey daha beş il boyunca olduğu kimi davam etsin. Kriptoresursların faktiki istifadəsi, əsasən qeyri-qanuni və maliyyə spekulyantlarının istəyinə bağlı olaraq ciddi dalğalanmalar göstərərək bazar qiymətindən tamamilə qopmuş halda stabil qalmaqda davam edir. Hazırkı qeyri-stabil vəziyyəti əslində stabil saya bilərik.

    AĞ Partiya İqtisadiyyat Komisiyyasının rəhbəri,
    İqtisadçı-ekspert: Vusala Əhmədova
    скачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.