AĞ Partiya İqtisadiyyat Komissiyasının rəhbəri Vüsalə Əhmədova "Formula-1" haqqında... » Ağ Xəbər
  • Rus Dili
  • Reklam
    » » AĞ Partiya İqtisadiyyat Komissiyasının rəhbəri Vüsalə Əhmədova "Formula-1" haqqında...
    

    AĞ Partiya İqtisadiyyat Komissiyasının rəhbəri Vüsalə Əhmədova "Formula-1" haqqında...

    3-05-2018, 18:19
    Oxunub: 522
    Şərhlər: 0
    Çap versiyası
    AĞ Partiya İqtisadiyyat Komissiyasının rəhbəri Vüsalə Əhmədova "Formula-1" haqqında...
    AĞ Partiya İqtisadiyyat Komissiyasının rəhbəri Vüsalə Əhmədova "Formula-1" haqqında bunları söylədi : Nəhayət ölkəmizdə növbəti dəfə də təşkil olunan “Formula-1” yarışı beləcə başa çatmış oldu. Hər il maddi cəhətdən ölkə üçün fiyasko ilə nəticələnən yarışı hökumətimiz keçirməkdə hələ də israrlıdır. Ötən illərdə də infrastruktur və xüsusi yarış zolağına 100 miyon dollarlar (təkcə yarış zolağının dəyəri 12 milyon dollar) xərcləyən təşkilatçılar bilet satışlarından cəmi 2 milyon dollar qazana bilmişdilər. Satışa çıxarılan 18500 ədəd biletin isə yalnız bir hissəsi satılmışdı. Dünyaca məşhur uduzları ölkəyə gətirməklə izləyici cəlb etməyə cəhd də bir fayda vermir. Bu il də analoji vəziyyətin yaşandığına heç şübhə etmirik. Onu da nəzərinizə çatdırım ki, bu yarışın hər il Bakıda təşkili üçün Azərbaycan hökuməti, qlobal “Formula-1” şirkətinin sahibi olan Britaniya milyarderi Bernard Charles Ecclestone adlı şəxsə böyük məbləğlərdə pullar ödəməkdədir. Yəni, qeyd olunan şəxs və qurumuna rəsmi olaraq açıqlanmasa da 66-86 milyon dollar məbləğində pul ödənməkdədir. Dolayısıyla, dövlət xərcləri kompensasiya etmək üçün önəmli ölçüdə vergilərə yönəlir və bütün bunların ağır yükünü də sadə vətəndaşlar çəkir. Digər tərəfdən də, yarışın iqtisadi faydaları şişirdilmiş formada xalqa təqdim edilir. Gərçəyə baxdıqda isə her şeyin başqa cür olduğunu görürsən. Xərclərə fayda gözüylə baxılması, alternativ maliyyətlərin (təhsil, səhiyyə, sosial layihələr və s.) göz ardı edilməsi, dəqiq xərclərin yerinə ümumi xərclərin göstərilməsi, multiplikator effektinin şişirdilməsi və s.
    P.S. Ölkədə baş alıb gedən saxta dərman biznesinin isə hələ də önünə keçilməyib...

    Agxeber.comскачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.