• Rus Dili
  • Reklam
    » » AĞ Partiya İqtisadiyyat Komissiyasının rəhbəri Vüsalə Əhmədovanın son Türkiyə - ABŞ münasibətləri haqqında şərhi...
    

    AĞ Partiya İqtisadiyyat Komissiyasının rəhbəri Vüsalə Əhmədovanın son Türkiyə - ABŞ münasibətləri haqqında şərhi...

    22-08-2018, 13:49
    Oxunub: 363
    Şərhlər: 0
    Çap versiyası
    AĞ Partiya İqtisadiyyat Komissiyasının rəhbəri Vüsalə Əhmədovanın son Türkiyə - ABŞ münasibətləri haqqında şərhi...
    Bildiyiniz kimi, ABŞ avqustun 1-dən etibarən iki Türkiyəli nazir (Ədliyyə və Daxili İşlər naziri) əleyhinə sanksiyaların tətbiqinə başlayıb. Buna əsas olaraq Amerikalı pastorun həbs olunması göstərilir. F-35 beşinci nəsil qırıcıların satışının məhdutlaşdırılmasının ardınca isə Türkiyə-ABŞ əlaqələrindəki böhran getdikcə böyüməkdədir. Həqiqəti desək, sanksiyaların real təsiri o qədər də böyük görünmür, ancaq bu məhdudiyyətlər mühüm bir presedent yarada bilər. Türkiyə illərdir bölgədə Vaşinqtonun əsas müttəfiqlərindən biri sayılır, hazırda isə ABŞ ilk dəfə olaraq NATO-ya üzv bir dövlətə qarşı sanksiya tətbiq edir. Bu sanksiyaların əsas təşəbbüskarı şəxsən Amerika prezidenti Donald Trump-dır və o, FETO soruşdurması çərçivəsində həbsə atılmış Andrew Brunson-un dərhal azadlığa buraxılmasını tələb edir. Ümumiyyətlə, Ankaranın Fetullah Gülen-ə qarşı tutumunu müəyyən qədər emosional saymaq olar. Bildiyiniz kimi, hərbi çevrilişlər Türkiyə tarixində bir ilk deyil. Bir “günah keçisi” elan edilərək son hərbi çevrilişə cəhd hadisəsinin bütün məsuliyyətinin onun üzərinə atılması, bu çərçivədə minlərlə insanın iş yerlərindən çıxarılması və 160 mindən çox adamın həbs edilməsi zənnimcə ölkə iqtisadiyyatına zərbə vuran əsas addımlardan biri oldu. Hazırda, Ankara bütün iqtisadi riskləri gözə alaraq bu formada Gülen-in ekstradisiyasına nail olmağa çalışır. Ancaq Vaşinqtonun hiddətinə yol açan digər səbəblər də mövcuddur: Ankaranın Rusiyadan S-400 raket kompleksini almağı planlaşdırması, Türkiyənin İsrail-Fələstin konfliktində fələstinlilərin müdafiəsində durması, ABŞ-ın Tehrana qarşı sanksiyalarına qoşulmaması və İran enerjisindən imtina etməməsi və s.
    Demək olar ki, ABŞ, Türkiyənin əsas tərəfdaşlarından biri olmaqla, bu ölkəyə iqtisadi mexanizmlərlə təsir imkanları kifayət qədər yüksəkdir. ABŞ həmçinin, Türkiyə iqtisadiyyatına birbaşa investisiya qoyan ölkələr arasında liderlik edir. Yalnız 2015-ci ildə ABŞ tərəfindən Türkiyəyə 1,5 milyard dollardan artıq sərmayə qoyulub. Bundan əlavə ABŞ, Beynəlxalq Valyuta Fondunda 17,085% səsə malikdir. Kreditlərin ayrılmasına dair qərara qarşı çıxmaq üçün 15% səs kifayət edir ki, hansıki, Amerika veto hüququna malikdir. Beləcə, iqtisadiyyatı qoruma tədbirlərindən ən başlıcası sayılan xarici kreditlərdən Türkiyə məhrum oluna bilər. 10 avqustda ABŞ tərəfindən türk polad və alüminiumuna ikiqat rüsum (alüminium üçün – 20%, polad üçün – 50%) tətbiq edilməsi, lirənin məzənnəsinin daha da enməsinə gətirib çıxaran növbəti addım oldu. Xatırladım ki, hələ ötən il ABŞ, İrana qarşı tətbiq edilən sanksiyaları pozduğuna görə Türkiyənin ən böyük kredit təşkilatlarından biri olan “Halkbank”ın amerikan aktivlərinə həbs qoydu, bank rəhbərinin müavini Reza Zarrab isə həbs edildi.
    Türkiyədə iyul ayı üzrə inflyasiya son 15 ilin ən yüksək həddinə çatdı. Bir çox böyük banklar iflasın astanasındadır, korporasiyalar çətin böhran vəziyyətinə düşdülər. İlin əvvəlindən etibarən 30%-dən çox dəyər itkisinə məruz qalan Türk lirəsi 2 avqust tarixində rekodr səviyyəyədək endi. Bütün bu kimi hallar Türkiyənin NATO-dan uzaqlaşaraq getdikcə Rusiya və Çinə yaxınlaşmasına səbəb ola bilər. Təbiidir ki, vəziyyətdən çıxış yolu olaraq Türkiyə yeni ticarət tərəfdaşlarının axtarışına çıxacaq, o cümlədən, bu tərəfdaşlarla birgə milli valyutada ticarət aparmaq məsələsi gündəmə gətirilə bilər. Trump-ın hazırkı tutumu Türkiyə-ABŞ danışıqlarının yaxında baş tutacağı ehtimalını azaldır. ABŞ hazırda Türkiyə, İran və Rusiyaya sanksiyalar tətbiq etməklə bölgədəki vəziyyəti öz xeyrinə dəyişməyə çalışır. Düşünürəm ki, iqtisadiyyatın çox sürətli və kifayət qədər kəskin bərpası baş verə bilər, ancaq tendensiya çox yaxşı görünmür və böhran hələ bir müddət davam edəcək. Hazırkı vəziyyətdə, iqtisadiyyatı hər nə qədər yavaşlatsa da, milli valyutanın stabilləşdirilməsi üçün Mərkəzi Bank tərəfindən yürüdülən siyasət sərtləşdirilə bilər. Bu ticari kəsirin və ya büdcə kəsirinin azaldılması üçün əhəmiyyətli addım sayılır.
    Lirənın zəifləməsi böyük ölçüdə xarici maliyyədən asılı olan Türkiyənin borcunun geri qaytarılmasında da böyük problemlər yarada bilər. Türkiyənin xarici valyutada olan borcu ölkənin ÜDM-nun təxminən 50%-ni təşkil edir. Çərşənbə günü Qətər, maliyyə dəstəyi çərçivəsində Türkiyəyə 15 milyard dollar sərmayə yatıracağını planlaşdırdığını açıqladı. Ancaq bu maliyyə dəstəyinin vəziyyəti əsaslı dəyişəcəyinə inanmıram. Türk hakimiyyət orqanları valyuta böhranını aradan qaldırmaq cəhdi kimi, sərmayə üzərində nəzarət tətbiq edərlərsə vəziyyət daha da pisləşə bilər. Xarici maliyyəyə böyük ehtiyacı olan Türkiyə üçün kapitala tam nəzarət narahatlıq doğurur və hazırda problemin həllinə xidmət edə bilməz. Bu il boyunca lirənin 40%-dən çox dəyər itirməsi inkişaf etməkdə olan bazarlar üçün də satış riskinə səbəb olmaqdadır. Türk valyutasının kəskin dəyər itirməsi fonunda dünya bazarlarında baş verən qarışıqlıq şəraitində, sərmayəçilər Türkiyə ilə Asiya-Sakit okean regionu ölkələri arasındakı iqtisadi əlaqələri yaxından təqib edirlər. Türkiyədəki iqtisadi böhran istər istəməz ikitərəfli ticarət əlaqələrinə təsirsiz ötüşməyəcək. Belə ki, idxal olunan malların qiymətlərinin əhəmiyyətli ölçüdə artması, başda Çin, Cənubi Koreya, Hindistan, Yaponiya, Malayziya və Vietnam olmaqla Türkiyənin idxal tərəfdaşlarına öz təsirini göstərəcək.
    Bütün bunlarla yanaşı, lirənin dəyər itirməsinin bir sıra obyektiv səbəblərini də qeyd etmək istərdim. 1) Cari əməliyyatlar üzrə kəsir: Türkiyədə cari kəsirin Ümumi Daxili Məhsula nisbəti 2016-cı ildə 3,8% ikən, 2017-ci il üzrə 5,5% olmuşdur. Cari kəsirin yüksək olması daha çox valyuta qıtlığından qaynaqlanır və dolayısıyla valyuta məzənnələrinin artmasına səbəb olur. Xarici sərmayədarlar Türkiyədə əsasən sürətli olaraq nağd pula çevrilə biləcək dövlət istiqrazları, xəzinə bonusu, səhmlər və s. kimi qiymətli kağızlara investisiya yatırırlar. Hərhansı bir risk yarandığı zaman isə dərhal sərmayələrini nağd pula çevirərək ölkəni tərk edirlər. Türkiyə terminologiyasında “sıcak para” adlandırılan bu pullar cari əməliyyatlar üzrə kəsirin yaranmasının əsl səbəbidir. 2) Aşağı faiz dərəcəsi: Türkiyə Respublikası Mərkəzi Bankı 12,75% dərəcəsi ilə bazarı maliyyələşdirir. Prezident Recep Tayip Erdoğan isə dəfələrlə faizlərin yüksək olduğuna, daha çox sərmayeçi cəlb etmək üçün faizlərin endirilməsi gərəktiyinə dair fikirlər söyləyir, bir növ Mərkəzi Banka siyasi təzyiq göstərir. Bu isə Mərkəzi Bankın, yüksələn valyuta məzənnəsinə və inflyasiyaya faizlə müdaxilə edə bilməyəcəyi düşüncəsini yaradır və dolayısıyla valyuta məzənnəsində yüksəlmələrə səbəb olur. 3) Daxili siyasətdəki qeyri-müəyyənliklər: Sərmayəçilərin investisiya həyata keçirəcəkləri ölkələrdə axtardıqları əsas meyar bazarın öncədən proqnozlaşdırıla bilməsidir. Ard-arda seçki prosesləri, 2016-cı il iyul ayının 15-də həyata keçirilən uğursuz çevriliş cəhtindən sonra tətbiq edilən fövqəladə vəziyyət, teror əleyhinə aparılan hərbi əməliyyatlar və s. bu kimi daxili qeyri-müəyyənliklər riski artırmaqda və ölkəyə valyuta axınını məhdutlaşdırmaqdadır. 4) Geopolitik risklər: ABŞ və Çin arasında ticari müharibə ehtimalı, Suriya və İraqda yaşanan münaqişələr, Dunald Trump-ın Rusiya və Suriyaya yönəlik tutumu, Türkiyənin Suriyada həyata keçirdiyi hərbi əməliyyatlar, bundan əlavə, Türkiyənin getdikcə Avropa ölkələrindən uzaqlaşması görüntüsü, Rusiya və İranla yaxınlaşması kimi geopolitik risklər də Türk lirəsının dəyər itirməsinə səbəb olan faktorlardır.

    AĞ Partiya İqtisadiyyat Komisiyyasının rəhbəri,
    İqtisadçı-ekspert: Vusala Əhmədova
    скачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.