• Rus Dili
  • Reklam
    » » AĞ Partiya İqtisadiyyat Komissiyasının rəhbəri Vüsalə Əhmədova: “Kreditlərə tətbiq olunan güzəştlər əmanətlərə nə üçün şamil edilmir..?”
    

    AĞ Partiya İqtisadiyyat Komissiyasının rəhbəri Vüsalə Əhmədova: “Kreditlərə tətbiq olunan güzəştlər əmanətlərə nə üçün şamil edilmir..?”

    9-03-2019, 12:33
    Oxunub: 85
    Şərhlər: 0
    Çap versiyası
    AĞ Partiya İqtisadiyyat Komissiyasının rəhbəri Vüsalə Əhmədova: “Kreditlərə tətbiq olunan güzəştlər əmanətlərə nə üçün şamil edilmir..?”
    AĞ Partiya İqtisadiyyat Komissiyasının rəhbəri Vüsalə Əhmədova kreditlərlə bağlı bunları söylədi: 2015-ci ilin əvvəlinə olan məlumata görə, banklarda manatla olan əmanətlərin həcmi 7 milyard 275,8 milyon manat təşkil edirdi. Daha sonra, 2015-ci ilin 21 fevral və 21 dekabr tarixlərində Mərkəzi Bank tərəfindən ard-arda tətbiq etdilən iki devalvasiyadan sonra banklardakı manatla olan əmanətlərin miqdarında tədricən azalma baş verdi. 2019-cu ilin yanvarın 1-nə olan məlumata əsasən, banklarda əmanət və depozitlərin həcmi 21 mlyard 870,4 milyon manat təşkil edir ki, bunun isə cəmi 37,5%-i manatla olan əmanətlərdir. Təbii ki, bu manata olan inamın azalması ilə əlaqəlidir. Prezidentin dollar kreditləri ilə bağlı imzaladığı son fərman bildiyiniz kimi, manatla kredit götürmüş vətəndaşlara da şamil ediləcək. Belə olan halda, manatla yerləşdirilmiş əmanətlərə nə üçün bu cür kompensasiya tətbiq edilməsin? 2015-ci il fevralın 21-dək bağlanmış əmanət müqavilələri üzrə əmanət məbləğinə münasibətdə 1 ABŞ dollarına 0,60 manat, 2015-ci il fevralın 22-dən həmin il dekabrın 21-dək bağlanmış əmanət müqavilələri üzrə isə əmanət məbləğinə münasibətdə 1 ABŞ dollarına 0,35 manat kompensasiya verilə bilər. Məsələn, 5 il əvvəl 5000 manat məbləğində yerləşdirilmiş əmanətin yerli bazardakı alıcılıq qabiliyyəti hazırda heç 2500 manat təşkil etmir. Əmanət müddətinin sonunda dollarla müqaisədə iki dəfə dəyərdən düşmüş manatını götürən vətəndaşın vəziyyəti nə üçün nəzər alınmır?!

    Agxeber.comскачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.