• Rus Dili
  • Reklam
    » » “Dolların qiyməti yaxın günlərdə 1,35 manata qədər düşəcək”
    

    “Dolların qiyməti yaxın günlərdə 1,35 manata qədər düşəcək”

    2-02-2016, 22:33
    Oxunub: 633
    Şərhlər: 0
    Çap versiyası
    “Dolların qiyməti yaxın günlərdə 1,35 manata qədər düşəcək”
    İqtisadçı Aydın Kazımov: "Fevralın 10-dan başlayaraq, ölkə iqtisadiyyatında yeni bir tsikl başlayacaq”

    Son günlərdə neftin qiymətinin nisbətən artması müxtəlif müzakirələrə səbəb olub. Artım səviyyəsi yüksək olmasa da, cəmiyyətdə müəyyən qədər nikbinlik yaranıb. Belə ki, neftin bahalaşması manatın da məzənnəsinə müəyyən qədər təsir göstərib. Azərbaycan Mərkəzi Bankının (AMB) fevralın 2-nə olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi fevralın 1-i ilə müqayisədə 0,0032 manat və ya 0,2% azalaraq 1,5940 səviyyəsində müəyyən olunub.

    Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, Avrozonanın vahid valyutası 0,0074 manat və ya 0,43% möhkəmlənərək 1,7400 manatadək yüksəlib. Rusiya rublunun məzənnəsi 0,0005 manat və ya 2,37% azalaraq 0,0206 manat səviyyəsində müəyyənləşib. Bəzi ekspertlər bu "möhkəmlənmə”nin müvəqqəti xarakter daşıdığını desə də, daha nikbin fikirdə olanlar da az deyil.

    İqtisadçı-ekspert Aydın Kazımov bildirib ki, Azərbaycanın maliyyə sistemindəki fəsadlar daha çox aidiyyyatı olan maliyyə qurumlarının səhlənkarlığı və banklara ciddi nəzarətin olmaması ilə bağlıdır. "Manatın dəyərdən düşməsi də müvəqqəti prosesdir. Dövlətin gördüyü tədbirlər tezliklə öz bəhrəsini verəcək. Apardığımız araşdırmalardan belə nəticəyə gəlirik ki, fevral ayının 10-dan başlayaraq, martın sonuna qədər yeni bir tsikl başlayacaq və bir ABŞ dollarının məzənnəsi 1,35-1,40 manata qədər enəcək. Artıq bölgələrdə bu proses başlayıb. Hamıya məlumdur ki, yanvar ayının sonlarında ABŞ-ın Federal Ehtiyat Fondu dolların uçot dərəcəsini qaldırmayıb, yaxın günlərdə neftin qiyməti nisbətən qalxmağa başlayacaq”, – deyə A.Kazımov qeyd edib. Onun sözlərinə görə, Azərbaycanın qarşısında duran əsas məsələ valyuta daxilolmalarının həcmini artırmaqdır.

    "Bunun üçün, ilk növbədə xaricdə yaşayan azərbaycanlılar və ya öz maliyyə ehtiyatlarını xaricdə saxlamağa üstünlük verən şəxslər Azərbaycana dollar yönəltməli, öz kapitallarını vətənə gətirməlidirlər. Bu prosesdə xalqımız da öz köməyini əsirgəməməlidir. Hər bir vətəndaşın borcudur ki, manat ehtiyatlarını dollara dəyişməsin, daha çox dollar almasın. Bu zaman daxili bazar tənzimlənəcək. Hər kəs valyutadəyişmə məntəqəsinə qaçarsa, o zaman panika da artar və dollar ajiotajı dayanmadan güclənər”, – deyə ekspert vurğulayıb. Aydın Kazımov xatırladıb ki, valyutadəyişmə məntəqələrinin ləğvindən sonra əhali dolları manata və ya əksinə dəyişmək üçün saatlarla növbəyə durur.

    "Bu işi qaydasına salmaq, bütün banklarda və filiallarda növbə yaratmamaq üçün ayrıca xidmət yaratmaq lazımdır. Təkcə bir faktı xatırlatmaq istərdim. Bu günlərdə vergi ödəmək məqsədi ilə "Kapital Bank”ın Xətai rayonunda yerləşən filialına baş çəkdim. Bütün əməliyyatlar bir kassada aparılır, insanlar pul vəsaitini dəyişdirmək üçün uzun növbəyə dururdu”, – deyə iqtisadçı əlavə edib. O bildirib ki, xarici investorları Azərbaycana cəlb etmək üçün mühüm addımlar atmalı, bəzi səhmdar cəmiyyətlərin səhmlərini dünya bazarına çıxarmaq üçün tədbirlər görülməlidir. "Həmçinin, ölkədəki iqtisadi prosesləri tənzimləmək üçün yeni bir İqtisadi Şura yaratmağı təklif edərdim. Bütün maliyyə məsələləri mərkəzləşdirilmiş qaydada bu şurada müzakirə olunmalıdır”, – deyə Aydın Kazımov bildirib.

    Rüfət Əhmədzadə

    Qafqaznews.azскачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.