• Rus Dili
  • Reklam
    » » Maliyyə Nazirliyi: "Standard & Poor’s" Azərbaycanın investisiya səviyyəli reytinqini bərpa edəcək
    

    Maliyyə Nazirliyi: "Standard & Poor’s" Azərbaycanın investisiya səviyyəli reytinqini bərpa edəcək

    30-01-2016, 18:03
    Oxunub: 694
    Şərhlər: 0
    Çap versiyası
    Bakı. Trend:

    29 yanvar 2016-cı il tarixində "Standard and Poor’s" reytinq agentliyi Azərbaycan Respublikasının beynəlxalq kredit reytinqini bir pillə aşağı endirib.

    Maliyyə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, 31 iyul 2015-ci il tarixində agentlik tərəfindən Azərbaycan Respublikasının beynəlxalq kredit reytinqi investisiya “BBB-” səviyyəsində təsdiq edilib, proqnoz isə “mənfi” saxlanıb.

    Agentliyin yaydığı son hesabatda reytinqin bir pillə endirilməsinə əsas səbəb kimi neftin ucuzlaşması, bunun ölkədəki iqtisadi artıma və makroiqtisadi sabitliyə təsiri göstərilir.

    Azərbaycan Maliyyə Nazirliyi "Standard and Poor’s" agentliyinin dərc etdiyi reytinq hesabatında bir sıra qeyri-dəqiqlikləri qeyd edərək qiymətləndirmənin nəticələri ilə razılaşmadığını və bundan təəssüfləndiyini bəyan edir.

    Bununla yanaşı, Maliyyə Nazirliyi ümidvar olduğunu bildirir ki, neft və neft məhsullarının qiymətlərinin azalması fonunda dərhal ölkənin kredit reytinqini aşağı endirən "Standard and Poor’s" agentliyi xammal məhsullarının qiymətlərinin artacağı təqdirdə də eyni operativliyi göstərərək ölkənin investisiya səviyyəli reytinqini bərpa edəcək.скачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.