Azərbaycanın Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası yaradılıb » Ağ Xəbər
  • Rus Dili
  • Reklam
    » » Azərbaycanın Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası yaradılıb
    

    Azərbaycanın Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası yaradılıb

    6-10-2016, 20:37
    Oxunub: 262
    Şərhlər: 0
    Çap versiyası
    Azərbaycanın Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası yaradılıb
    Azərbaycan prezidenti İlham Əliyev Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının yaradılması haqqında fərman imzalayıb.

    apa-nın məlumatına görə, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının əsas məqsədi 2030-cu ilədək Azərbaycan üçün əhəmiyyət kəsb edən, qlobal məqsəd və hədəflərə uyğun milli prioritetləri və onlara dair göstəriciləri müəyyən etməkdən, ölkədə sosial-iqtisadi sahələri əhatə edən dövlət proqramlarının və strategiyaların Dayanıqlı İnkişaf Məqsədləri ilə uzlaşdırılmasını təmin etməkdən, habelə Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunması ilə əlaqədar illik hesabat hazırlamaqdan ibarətdir.

    Şura öz fəaliyyətinə yerli və xarici ekspertləri, mütəxəssisləri, beynəlxalq təşkilatları və elm müəssisələrini cəlb edə bilər, habelə ayrı-ayrı istiqamətlər üzrə işçi qruplar yarada bilər.

    Şuranın sədri

    Əli Əhmədov – baş nazirin müavini

    Şuranın sədr müavini

    Şahin Mustafayev – iqtisadiyyat naziri

    Şuranın üzvləri:

    Tahir Budaqov – Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri
    Hicran Hüseynova – Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri
    Vaqif Əliyev – Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin birinci müavini
    Mahmud Məmməd-Quliyev – Azərbaycan Respublikası xarici işlər nazirinin müavini
    Elsevər Ağayev – Azərbaycan Respublikası səhiyyə nazirinin müavini
    İdris İsayev – Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini
    Ceyhun Bayramov – Azərbaycan Respublikası təhsil nazirinin müavini
    Rauf Hacıyev – Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini
    İntiqam Babayev – Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini
    Seyfəddin Talıbov – Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini
    Toğrul Musayev – Azərbaycan Respublikası ədliyyə nazirinin müavini
    Fuad Hüseynov – Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini.

    скачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.