DataLife Engine > İqtisadiyyat / Xeberlenti / manshet > AĞ Partiya İqtisadiyyat Komissiyasının rəhbəri Vüsalə Əhmədova: “Sanksiyalar tətbiq edilən ölkələrdə, varlı təbəqə ilə yoxsulluq həddi arasındakı fərq 3,8 faizdən daha artıqdır”

AĞ Partiya İqtisadiyyat Komissiyasının rəhbəri Vüsalə Əhmədova: “Sanksiyalar tətbiq edilən ölkələrdə, varlı təbəqə ilə yoxsulluq həddi arasındakı fərq 3,8 faizdən daha artıqdır”


1-09-2018, 18:28. Разместил: agxebere AĞ Partiya İqtisadiyyat Komissiyasının rəhbəri Vüsalə Əhmədova: “Sanksiyalar tətbiq edilən ölkələrdə, varlı təbəqə ilə yoxsulluq həddi arasındakı fərq 3,8 faizdən daha artıqdır”
Dünyanın hegemon dövləti sayılan Amerika Birləşmiş Ştatlarının zaman-zaman ayrı-ayrı ölkələrə sanksiya tətbiq etməsi və onun ağır nəticələri haqda məlumatlar alırıq. Son olaraq bu dövlətin Türkiyəyə tətbiq etdiyi sanksiyalar qardaş ölkəni olduqca çətin duruma saldı. Bundan əvvəl qonşu İran da ABŞ sanksiyalarından öz nəsibini almışdı. Son illər bu sanksiyalar dünyada Amerika maraqlarına xidmət etməyən dövlətlər üçün bir cəza mexanizminə çevrilib. Söhbət əlbəttə ki, beynəlxalq prinsip və normalara əməl etməyən yox, məhz ABŞ-ın maraqlarının əksinə gedən dövlətlərdən gedir.

Bəs görəsən, ABŞ sanksiyaları dedikdə nə nəzərdə tutulur? Bu ölkənin nə tipli sanksiyaları var və kimlərə tətbiq olunur?

Musavat.com-un suallarını cavablandıran iqtisadçı ekspert Vüsalə Əhmədova bildirdi ki, ABŞ-ın müxtəlif ölkələrə sanksiyalar tətbiq edən qurumu Maliyyə Nazirliyinə bağlı Xarici Aktivlərə Nəzarət İdarəsidir (OFAC) və bu qurumun tətbiq etdiyi sanksiyalar əsasən iki qrupa ayrılır: “İlk sırada hökumətləri hədəf alan və bütün ölkəni əhatə edən sanksiyalar gəlir. İkinci yerdə isə, fiziki və ya hüquqi şəxslərin xarici aktivlərinə yönəlik tətbiq edilən sanksiyalar gəlir. İlk qrup sanksiyalar ölkənin bütün iqtisadiyyatını hədəf alır və bu qəbildən olan sanksiyaları ABŞ indiyədək 5 ölkəyə İrana (1979-2006), Şimali Koreyaya (1950), Suriyaya (1986), Sudana (1993), Kubaya (1958) tətbiq edib və həmin sanksiyalar on illərdir qüvvədədir. Qeyd olunan ölkələrə qarşı həyata keçirilən iri miqyaslı sanksiyaların tətbiqinə müxtəlif səbəblər gətirilsə də, əsas hədəf ABŞ-ın həmin ölkələrdə hökumət dəyişikliyinə nail olmağa çalışmasıdır. ABŞ-ın tətbiq etdiyi genişmiqyaslı sanksiyaların təsirinə ən çox bu ölkələrdəki kasıb təbəqələrin məruz qaldığını söyləsək yanılmarıq. Sanksiyalar tətbiq edilən ölkələrdə, varlı təbəqə ilə yoxsulluq həddi arasındakı fərq 3,8 faizdən daha artıqdır. Amerikanın qəzəbinə məruz qalmamaq üçün digər ölkələrin də bu sanksiyalara qoşulması ilə beynəlxalq miqyas alır və təsir gücü daha da böyüyür”.


Ekspertin sözlərinə görə, ABŞ-ın fiziki və hüquqi şəxslərə tətbiq etdiyi ikinci qrup sanksiyaların təsiri daha az görünsə də, tətbiq edilən ölkələrin sayı kifayət qədər çoxdur: “Bu cür sanksiyalar zamanı ABŞ Maliyyə Nazirliyinə bağlı OFAC tərəfindən fiziki və hüquqi şəxslərin ABŞ-dakı əmlakı dondurulur, ölkəyə girişlərinə və ya həmin şəxslərlə ABŞ şirkətlərinin və ya şəxslərinin işbirliyinə qadağa qoyulur. Son günlərdə Türkiyə Daxili İşlər Naziri Süleyman Soylu və ədliyyə naziri Abdülhamit Gülə qarşı tətbiq edilən sanksiyalar bu qəbildəndir. ABŞ Xarici Aktivlərə Nəzarət Ofisinin sanksiya siyahısında bundan əlavə 7 Türkiyə vətəndaşı və 12 Türkiyə şirkəti də mövcuddur. Nazirlərə yönəlik tətbiq edilən sanksiyalar birbaşa iqtisadi nəticələr doğuracaq bir addımdansa, daha çox Türkiyə ilə ABŞ arasında gərginliyi artıran siyası risk faktoru kimi dəyərləndirilə bilər”.

V.Əhmədova vurğuladı ki, ABŞ dünyanın ən çox embarqo və sanksiya tətbiq edən ölkəsidir: “Yalnız 2017-ci il boyunca ABŞ-ın embarqo tətbiq etdiyi ölkələr sırasında Belarus, Birma, Kuba, Konqo Demokratik Respublikası, İran, Liberiya, Şimali Koreya, Sudan, Suriya, Zimbabve və bəzi Balkan ölkələri yer alır. Xarici Aktivlərə Nəzarət İdarəsinin (OFAC) embarqo siyahısında faktiki olaraq 6300 özəl şirkət mövcuddur. Onu da qeyd edim ki, bəzi ölkələrə qarşı müxtəlif məqsədlərlə tətbiq edilən sanksiyaların bir çoxunun gözlənilən nəticəni vermədiyi də müəyyən olunub. Hazırda Trampın İrana tətbiq edilən sanksiyalardan böyük gözləntiləri var. Son dövrlərdə bu ölkədə baş verən bəzi protestlər, müxtəlif siyasət adamlarının və ziyalıların İran hakimiyyəti tərəfindən yürüdülən siyasətə qarşı çıxmaları da görünür Trampı cəsarətləndirir. Ancaq İran kimi bir avtokratik ölkənin sanksiyalara tezliklə boyun əyəcəyini gözləmək bir qədər sadəlövhlük olardı. İran sanksiyalara qarşı dirəniş göstərmə imkanlarına sahib ölkədir. Bu baxımdan İran izolyasiya olunmuş sayıla bilməz. Rusiya, Çin və bir çox AB ölkəsinin onun yanında yer aldığı görünür. Amerikanın təzyiqi ilə bəzi böyük şirkətlərin İran bazarından çəkilmək məcburiyyətində qalmaları, həmin şirkətlərə və dolayısıyla AB ölkələrinə və eləcə də ABŞ-a iqtisadi cəhətdən öz mənfi təsirini göstərməkdədir. ABŞ Maliyyə Nazirliyi, Rusiyanın dövlət borcuna yönəlik sanksiyaların genişləndirilməsinin Amerika investorlarına zərər verəcəyi ilə bağlı xəbərdarlıq da etmişdi. Bu haqda məlumat ABŞ Maliyyə Nazirliyinin qapalı hesabatında yer alır. Xüsusilə, sanksiyaların genişləndirilməsi iri Amerika şirkətlərinin rəqabət qabiliyyətinə də təsir edəcək. Potensial olaraq qlobal maliyyə bazarları və şirkətlər üçün mənfi yan təsirlərə səbəb ola bilər”.

İqtisadçı hesab edir ki, ticari müharibələr ABŞ iqtisadiyyatına da ciddi ziyan vurur, , vergi islahatlarının müsbət təsirlərini neytrallaşdırır və Amerikaya olan etibarın zəifləməsinə səbəb olur: Birləşmiş Ştatlar və qalan dünya ölkələri arasında ticari müharibə gərginliyinin artması ABŞ iqtisadiyyatını təhlükə altına qoyur. Rəsmi Vaşinqton tərəfindən hər dəfə yeni tariflərin tətbiq edilməsi ABŞ-ın ÜDM-ni ciddi şəkildə azaldır. Polad idxalına 25 faiz, alüminium idxalına isə 10 faiz rüsum tətbiqi, 20 faiz avtomobil idxal vergisi, 200 milyard dollarlıq Çin mallarına əlavə tariflərin tətbiqi və s. təbii olaraq Amerikanın ÜDM-nu 0,3-0,4 faiz azaldacaq. Ticari müharibələr istehlakçıların, iş adamlarının və investorların etibarını zədələməyə başlayarsa, ABŞ iqtisadiyyatına mənfi təsirlər çox daha güclü ola bilər. Belə olan halda, şirkətlər gələcəkdə yaranacaq qeyri-müəyyənliklərdən dolayı investisiya qoyma prosesini təxirə salmağa başlayacaqlar”.

Ekspert onu da diqqətə çatdırdı ki, bütün bunlara rəğmən Amerika iqtisadiyyatını çökməyə qoymayan qarşılıqsız dollar emissiya etməsidir: “Loru dildə desək, istədiyi qədər dollar çap edir və hər şeyi satın alır. Hərhansı bir ölkənin Mərkəzi Bankının öz milli valyutasını emissiya etməsi üçün, xəzinəsində buraxdığı pula ekvivalent qızıl mövcud olmalıdır. Ölkələrin istədikləri qədər sərbəst pul çap edə bilməmələrinin əsil səbəbi məhz budur. ABŞ 1971-ci ilədək sahib olduğu qızıl qarşılığında dollar çap edirdi. Fəqət 1971-ci ildən etibarən bu prosesdən tamamən imtina etdi və həmin tarixdən günümüzədək illərdir qarşılıqsız olaraq dollar çap edir. Hələ 70-ci illərdə dolların qızıla indeksasiya edildiyi dövrlərdə ABŞ-ın sahib olduğu qızılın böyük bir qismi ölkə xaricinə axırdı. Bunun səbəbi isə ABŞ-ın xarici ticarət kəsirinin sürətlə artması idi. O dövrkü prezident Riçard Nikson problemin həlli olaraq 1971-ci ildə dolları varlıq olmaqdan çıxardı və bir öhdəlik, bir borc sənədi vəziyyətinə gətirdi. Limitsiz dollar çapından dolayı hazırda ABŞ-ın xarici ticarət kəsiri və dünyaya ödəmək məcburiyyətində olduğu borc sənədlərinin miqdarı son dərəcə yüksəkdir. Bu hal həm ABŞ, həm də digər dünya ölkələri üçün problemə çevrilməyə başlayıb. ABŞ qarşılıqsız olaraq dollar çap edərək hər şeyi satın almaqda davam etsə də, bunun əvəzini ödəməsinə çox az vaxt qalıb. Bu səbəbdən də, hazırda prezident Donald Tramp başda olmaqla ABŞ-da təkrar qızıl standartına keçmə təklifini irəli sürənlərin sayı az deyil”.

Nərgiz LİFTİYEVA,
Musavat.comскачать dle 10.6фильмы бесплатно
Вернуться назад