• Rus Dili
  • Reklam
    » » Dünyanın ən təhlükəli anakondası - VİDEO
    

    Dünyanın ən təhlükəli anakondası - VİDEO

    4-02-2016, 15:42
    Oxunub: 674
    Şərhlər: 0
    Çap versiyası
    Dünyanın ən təhlükəli anakondası - VİDEO















    Yaşıl anakonda - uzunluğu 6 metrdən 9 metrə qədərdir ağırlığı 220 kiloqrama çata bilir

    Dünyanın ən təhlükəli anakondası Yaşıl anakondadır. Onun uzunluğu 6 metrdən 9 metrə qədərdir ağırlığı 220 kiloqrama çata bilir.

    Digər təhlükəli ilanlar sırasına isə aşağıdakılar daxildir.

    Qara mamba - uzunluğu 4.3 metrə yaxın, ağırlığı isə 2 kiloqrama yaxındır

    Boa- uzunluğu 4 metrə yaxın, ağırlığı isə 27 kiloqrama yaxındır

    Zınqırovlu ilan – Quyruğunun sonundakı zınqırovla tanınan bu ilan 2-3 metr məsafəyə tullanmaq qabiliyyətinə malikdir. Onun zəhəri çalınan orqanı büsbütün sıradan çıxarmaq yaxud ölümə səbəb olmağa kifayət edir. Nəfəsalmada çətinlik, iflic və qanaxma zınqırovlu ilan hücumunun əsas simptomlarıdır. Bu ilanlar bala mərhələsində daha təhlükəli olur, çünki onlar vurduqları zəhərin həcminə nəzarət edə bilmirlər.

    Ölümgətirən - Adından göründüyü kimi bu təhlükəli ilan Avstraliya və Yeni Qvineyada məskunlaşıb. Əslində onlar adətən başqa ilanları ovlamaqla məşğul olurlar. Üçbucaq başlı gödək ilan neyrotoksik zəhər ifraz edir. Onun dişləməsi iflic və 6 saatın içərisində ölümlə nəticələnə bilər. Simptomlar 24-48 saaat ərzində kulminasiya nöqtəsinə çatır. Ölümgətirən 0.13 saniyə ərzində dişləyib geri otura bilir.

    Gürzə - Bu ilan növünə dünyanın bir çox yerlərində, əsasən Yaxın Şərqdə, Qafqazda və Orta Asiyada rast gəlmək olar. Onlar adətən yağışdan sonra aktiv olurlar. Sürətlə hərəkət edən bu ilanların dişlədiyi yerdə kəskin ağrı hiss olunur və nahiyə dərhal şişməyə başlayır. Kəskin ağrı 2-4 həftə çəkə bilər. Dişləmədən 1-14 gün sonrak müddət ərzində ölüm baş verə bilər. Adətən isə təhlükə dişlənmiş nahiyə və ətraf əzələlərlə məhdudlaşır.

    Filippin Kobrası – Kobranın bütün növləri təhlükəlidir, amma Filippin Kobrası istisnadır. Onun zəhəri bütün kobra növlərinin zəhərləri arasında ən ölmücülüdür. Onlar 3 metr uzağadək tüpürə bilirlər. Onların zəhəri orqanı çox zədələmir, ancaq tənəffüs sistemini iflic edir. Neyrotoksinlər əsəb siqnallarını kəsərək, əzələləri hərəkətsiz hala salır və 30 dəqiqə ərzində orqanizmi öldürür.

    Göy Kreyt – Adətən Cənubi Şərqi Asiyada və İndoneziyada rast gəlinən bu ilanın hücumundan qurtuluş yoxdur, hətta anti-venin icra olunduqda belə ölüm halları 50 faiz olur. Onların instikti döyüşmək yox qaçmaqdır. Amma qarşıdurmaya vadar olunarsa, yadda saxlamaq lazımdır ki, göy kreytin zəhəri kobranınkından 16 dəfə güclüdür. Çalındıqdan az sonra göy kreytin qurbanları komaya düşür və beyin ölümü ilə üzləşirlər.
    скачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.