• Rus Dili
  • Reklam
    » » Tural Abbaslı :“Köhnəlmiş müxalifət” proseslərin önündə əngəldir
    

    Tural Abbaslı :“Köhnəlmiş müxalifət” proseslərin önündə əngəldir

    15-05-2018, 16:41
    Oxunub: 77
    Şərhlər: 0
    Çap versiyası
    Tural Abbaslı :“Köhnəlmiş müxalifət” proseslərin önündə əngəldir
    Azərbaycan daxilindəki siyasi vəziyyəti görmək üçün ABŞ Konqresinin Helsinki Komitəsinə, yaxud Avropa Şurasına, onu parlament assambleyasına, ATƏT-ə ehtiyacımız yoxdur.

    Bunu Teleqraf.com-a açıqlamasında Ağ Partiyanın sədri Tural Abbaslı deyib.

    Qeyd edək ki, mayın 9-da ABŞ Konqresinin Helsinki Komitəsində Azərbaycanla bağlı dinləmələr keçirilib. ABŞ bu dəfə dinləmələrə Avopada yaşayan iki şəxsi – Orduxan Teymurxan və Emin Millini dəvət edib.

    Dinləmələr zamanı ABŞ-ın Massaçusets Universitetinin tarix üzrə professoru Odri Alştadt çıxışında AXCP sədri Əli Kərimlini Azərbaycanda fəaliyyət göstərən müxalifətin “mariginal şəxsi “ və ya “qocası” adlandırıb. O.Alştadt çıxışında Əli Kərimlini qoca adlandırmaqla yanaşı Azərbaycan üçün resursları olmayan biri kimi təqdim edib.

    T.Abbaslı qeyd edib ki, Azərbaycanın “köhnəlmiş müxalifəti” artıq proseslərin önünə əngəl törədir:

    “Biz bu insanların vaxtilə apardıqları mübarizəyə hörmətlə yanaşırıq. Vaxtilə Azərbaycanın müstəqilliyinin qazanılması istiqamətində hansısa hərəkətlər etdiklərini dəyərləndiririk. Amma artıq onlar da dərk etməlidirlər ki, zaman, proseslər dəyişib və yoldan çəkilmək zamanıdır. Bunu təkcə yaş faktoru ilə bağlamaq istəməzdim. Yəni, onların yaşı 50, bizdə 30 olduğu üçün çəkilsinlər-filan, yox. Bunun məsələyə aidiyyatı yoxdur. Artıq uzun müddətdir aparılan uğursuz, nəticəsiz mübarizə xalqın onlara olan etimadının itməsinə gətirib çıxarıb. Yəni, xalq artıq onlara inanmır.
    Biz demokratik islahatların, dəyişikliklərin olmasını istəyiriksə ilk növbədə özümüzdən, partiyalardan, dünyagörüşümüzdən başlamalıyıq. Daha gənclərə yer verməli, imkan yaratmalıyıq. Cəmiyyətə yeni simalar, yeni fikirlər təklif etməliyik”.

    T.Abbaslı qeyd edib ki, 20 ildir eyni şüarlarla, eyni partiyalarla, eyni adlarla, eyni namizədlərlə fərqli nəticələr əldə oluna bilməz:

    “Yenə qeyd etmək istəyirəm ki, bunu Helsinki Komissiyasında hansısa almanın deməsinə ehtiyac yoxdur. Mən düşünmürəm ki, hansısa alman bizim daxili siyasətimizi Azərbaycan vətəndaşlarından daha yaxşı bilir. Dəyişiklik prosesi var. Ancaq təəssüflər olsun ki, bu proses ləng gedir. Ancaq dəyişiklik olacaq. Necə ki, biz Azərbaycan hakimiyyətindən bu dəyişiklikləri tələb edirik. Eləcə də müxalifətdə dəyişikliklər olmalıdır.

    Əks təqdirdə siyasət indiki vəziyyətində qalacaq. Bunun da əziyyətini xalq çəkəcək. Biz bunu çoxdan deyirik. Güman edirəm ki, artıq bu proses başlayıb. Hakimiyyət bir sıra gənc insanları nazir, komitə sədri təyin edib. Müxalifətdə də bunun olacağına ümid edirəm. Təkcə ümid etmirəm, həm də bu istiqamətdə iş görürük”.

    T.Abbaslıya bu fikri xatırlatdıqda o, Azərbaycan müxalifətinin köhnəldiyini vurğulayıb, müxalifətin etimadı itirdiyini deyib:

    “Alman Əli Kərimlinin qocaldığını deyibsə, bu onun fikridir. Yaxud, hansısa fransız İsa Qəmbəri deyibsə bu da onun mövqeyidir. Bizim fikrimiz isə bundan ibarətdir ki, 1988-ci il hərəkatından çıxan simalar artıq etimadı itiriblər, özlərini tükəndiriblər, köhnəliblər. Məsələyə kompleks şəkildə baxmaq lazımdır. Məsələni fərdiləşdirəndə qərəzli görünür və cılızlaşır. Məsələnin mahiyyəti itir”.
    скачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.