• Rus Dili
  • Reklam
    » » Cənubi İtaliyanın incisi: Puglia
    

    Cənubi İtaliyanın incisi: Puglia

    17-07-2019, 02:50
    Oxunub: 63
    Şərhlər: 0
    Çap versiyası
    Həyatın monotonluğundan bezib, hər şeyi geridə qoyaraq gözəl bir yay tətili planlamaq istəyirsiniz? Amma araşdırmaq üçün zamanınız yoxdur? O zaman doğru yerdəsiniz! Biz sizin üçün harada nə olduğunu, necə gediləcəyini, harada nə yeməlisiz, ölmədən öncə haraları mütləq gəzmək lazım olduğunu tapıb çıxardacağıq :). Bundan sonra "Səyahət" bölməsində birlikdəyik.
    Cənubi İtaliyanın incisi: Puglia

    Bu gün ilk səyahətimizi Cənubi İtaliyanın incisi Pugliaya etmək istəyirəm :).



    Puglia bölgəsi çəkmə şəklində olan İtaliya xəritəsinin daban hissəsində yerləşir. Turistlər tərəfindən yeni kəşf edildiyindən Milan, Venesiya, Roma və başqa şəhərlər ilə müqayisədə çox sakitdir və bir yay tətili üçün əla fikirdir. Puglia bölgəsinin hər şəhərində fərqli gözəlliklərlə qarşılaşmaq mümkündür. Həm möhtəşəm tarixi abidələri, həm də göz oxşayan təbiəti ilə bu bölgəyə aşiq ola bilərsiz.

    Pugliaya necə səyahət edə bilərsiz?


    Bu bölgəyə səyahət etmək üçün paytaxt sayılan Bari şəhərində yerləşən "Bari Karol Wojtyła" aeroportuna uçuş edə bilərsiz. Kimi turistlər Brindisi şəhəri yaxınlığında yerləşən "Brindisi Papola Casale Airport and Salento" aeroportuna da uçuş edirlər. Roma şəhərindən qatar ilə də bu bölgəyə gələ bilərsiniz.

    Pugliada gəziləcək yerlər


    Castel Del Monte


    Cənubi İtaliyanın incisi: Puglia

    Catel del Monte bir təpənin üzərində yerləşən, yüzlərlə kilometr uzaqdan görünən, səkkiz guşeli bir qaladır. İtaliyanın ən tanınmış tarixi abidələrindən olub UNESCO Dünya Mirası bölgəsindədir. II Federick tərəfindən inşa etdirilən bu qalanın ətrafında yaşayıq zonası və ya qəsəbə yoxdur. Buna görə də qalanın qorunmaq və ya müdadiə məqsədli tikildiyi söylənilmir.

    Qalaya maşınsız getmək üçün Ferrovia Bari-Nord qatarına minib Baridən Andria istiqamətində yola düşmək lazımdır. Andriaya çatandan sonra oradan 6 nömrəli avtobusla 35 dəqiqə yol gedərək qalaya çatmış olursunuz.

    Monte Sant"Angelo məbədi


    Cənubi İtaliyanın incisi: Puglia

    Monte Sant"Angelo sul Gargano məbədi Gargano dağının üzərində yerləşən bir Katolik məbədidir. Bütün Qərbi Avropda baş mələk Mikailə həsr olunmuş ən böyük məbəddir və 2011-ci ildən UNESCO-nun Dünya Mirası siyahısına əlavə edilib.

    Piazza Del Duomo


    Cənubi İtaliyanın incisi: Puglia

    1144-cü ildə inşa edilən bu tikili 1659-cu ildə Barok tərzində ( baroque style) restavrasiya edilmişdi.

    Santa Maria al Bagno


    Cənubi İtaliyanın incisi: Puglia

    Santa Maria Pugliada bir balıqçılıq qəsəbəsidir və ion dənizi sahilində yerləşir. Qumlu sahillərə və heç çirklənməmiş 7 kilometrlik çimərliyə sahibdir. 400 hektarlıq meşə sahəsi bu bölgənin ağciyəri hesab edilir. Bu bölgəyə maşınla Baridən 30 dəqiqə, Leccedən 20 dəqiqəlik məsafədədir.

    Pugliada nə yeməli sualını soruşanlar üçün deyim ki, aranızda dəniz məhsulları sevənlər varsa bura onlar üçün bir növ cənnət hesab edilə bilər.скачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.