• Rus Dili
  • Reklam
    » » Zaxarova: “ABŞ-ın Qarabağ münaqişəsinin həllində səylərini artırmasını ancaq alqışlaya bilərik” Böyüt
    

    Zaxarova: “ABŞ-ın Qarabağ münaqişəsinin həllində səylərini artırmasını ancaq alqışlaya bilərik” Böyüt

    24-11-2016, 21:12
    Oxunub: 229
    Şərhlər: 0
    Çap versiyası
    Zaxarova: “ABŞ-ın Qarabağ münaqişəsinin həllində səylərini artırmasını ancaq alqışlaya bilərik”  Böyüt
    Rusiya Xarici İşlər Nazirliyi ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın Dağlıq Qarabağ münaqişəsinin həllində səylərini artıracağı ilə bağlı yayılan fikirlərə münasibət bildirib.

    APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Rusiya XİN rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk Qrupu həmsədrlərinin birlikdə məşğul olduğunu söyləyib: “Biz ATƏT-in Minsk qrupunun amerikalı həmsədrinin vasitəçilik işinin intensivləşməsini ancaq alqışlaya bilərik. Mən fərdi cəhdlərin konkret qiymətləndirilməsindən danışmaq istəməzdim, lakin kimin tərəfindən olursa olsun, cəhdlərin intensivləşdirilməsinin zərəri yoxdur. Problemin mürəkkəbliyini və onun bilavasitə insanların taleyi ilə bağlı məsələ olduğunu nəzərə alaraq (təəssüf ki, biz tez-tez oradan kədərli xəbərlər alırıq) ATƏT-in Minsk qrupuna və onun həmsədrlərinə daha intensiv səylər arzulamaq lazımdır. Əlbəttə, prosesin irəliyə aparılması üçün ciddi səylər tələb olunur və biz bunu ancaq alqışlaya bilərik”.скачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.