• Rus Dili
  • Reklam
    » » İlham Əliyev Əli Kərimli, İsa Qəmbər, Rəhim Qazıyev və İsgəndər Həmidov haqda
    

    İlham Əliyev Əli Kərimli, İsa Qəmbər, Rəhim Qazıyev və İsgəndər Həmidov haqda

    2-02-2016, 09:47
    Oxunub: 666
    Şərhlər: 0
    Çap versiyası
    İlham Əliyev Əli Kərimli, İsa Qəmbər, Rəhim Qazıyev və İsgəndər Həmidov haqda
    İlham Əliyev özündən başqa hamını tənqid edib…
    Prezident çıxışında Azərbaycan Xalq Cəbhəsi-Müsavat hakimiyyəti dövründə hökumətə başçılıq edən nazirləri sərt tənqid edib: “Birincisi, əgər o vaxt Azərbaycana rəhbərlik edənlərin şəxsiyyətlərinə nəzər salsaq, heç bir şərhsiz görərik ki, bu adamlar nəinki ölkəni, bir kolxozu da idarə edə bilməzlər. İndi gənclər təbii ki, bu tarixi, əlbəttə bilə bilməzlər. Amma baxın, kimlər Azərbaycanı idarə etmişlər. Parlamentin sədri (İsa Qəmbər) kiçik elmi işçi idi, 11 il ərzində kiçik bir dissertasiyanı müdafiə edə bilməmişdir. Baş nazir, (Pənah Hüseyn) yumşaq desək, ticarətlə məşğul idi, kiçik ticarətlə, özü də o ticarət mövsümi xarakter daşıyır.
    Dövlət katibi (Əli Kərimli) komsomolçu idi – sonradan flyuger kimi əqidəsini dəyişmiş və xalq hərəkatına qoşulmuş birisi. Ondan sonrakı dövrdə də bir neçə dəfə əqidəsini dəyişmişdi. Hətta 1990-cı illərin ortalarında hakimiyyətlə sıx əlaqədə olaraq parlamentdə də təmsil olunurdu. Ancaq silahdaşları, yoldaşları onu yaxşı tanıyırlar. Ağır vaxtda öz liderinə xəyanət etmiş insan əlbəttə ki, yüksək keyfiyyətlərə malik ola bilməz.
    Müdafiə nazirinin (Rəhim Qazıyev) Şuşanın ermənilərə verilməsində bilavasitə əli, günahı var.
    Daxili işlər naziri (İsgəndər Həmidov) canlı efirdə bir müxalifət nümayəndəsini döymüşdür. Görün, hüquq mühafizə orqanının yüksək vəzifəli şəxsi veriliş gedə-gedə nə isə onun xoşuna gəlməyib, gedib studiyaya onu (Zərdüşt Əlizadə) xalq qarşısında döymüşdür və buna görə heç bir məsuliyyət daşımamışdır.
    Xarici işlər naziri (Tofiq Qasımov) Fizika İnstitutunun kiçik elmi işçisi idi və belə önəmli vəzifəyə irəli sürülmüşdü. Heç bir xarici dil bilməyən, hətta rus dilində düz əməlli danışa bilməyən, yəni, yumşaq desək, statusuna adekvat olmayan bir adam idi…
    Bəs özü? 13 ildir hakimiyyətdədir, heç bir islahat həyata keçirməyib, yalnız neftdən alınan qazancı yeyib-içib keyf edib və banklarda gizlədib. 13 illik hakimiyyətin acı nəticəsi indi ölkəni acınacaqlı vəziyyətə salıb. 13 illik hakimiyyəti ölkəni dərin böhrana salıb. 13 ildə birqarış torpağı azad edə bilməyib. Özü haqqında da desəydi, səsləndirdiyi fikirlər obyektiv olardı…скачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.