• Rus Dili
  • Reklam
    » » Politoloq: “Rusiya unutmamalıdır ki, onun daxilində onlarla ”Qarabağ", “Donbas” var..."
    

    Politoloq: “Rusiya unutmamalıdır ki, onun daxilində onlarla ”Qarabağ", “Donbas” var..."

    28-07-2019, 10:30
    Oxunub: 135
    Şərhlər: 0
    Çap versiyası
    Politoloq: “Rusiya unutmamalıdır ki, onun daxilində onlarla ”Qarabağ", “Donbas” var..."ABŞ Rusiyanın qonşularını qoparmaq istəyir - Lavrovun təlaşı əsaslıdırmı?

    Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski “Saqrad” telekanalının Gürcüstanla münasibətlər barədə sualını cavablandırıb. Rusiya saytlarının yazdığına görə, o, Moskva ilə Tiflis arasındakı narazılıqları yatırtmaq üçün öz planını təklif edib.

    Jirinovski iki ölkə arasındakı münaqişənin mənbəyinə toxunarkən deyib: “Rusiya bütün Gürcüstanı işğal etməli, Saakaşvilini həbsə atmalı, müharibəyə başladığı üçün onu mühakimə etməli, Rusiya tərəfdarı olan Giorqadzeni (”Ədalət" Partiyasının üzvü, keçmiş dövlət təhlükəsizlik naziri-red.) hakimiyyətə gətirməli idi".

    Onun fikrincə, Moskva təxribatlara elə cavab verməliydi ki, bir də heç kəs Rusiyanı alçaltmağa cürət etməsin.

    Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə bildirib ki, ABŞ Rusiyanın qonşularını Rusiyadan qoparmaq istəyir.

    Politoloq Əhəd Məmmədli “Yeni Müsavat”a bildirdi ki, Sergey Lavrov əslində doğrunu deyir, həqiqətən də ABŞ keçmiş SSRİ respublikalarını Rusiyadan uzaqlaşdırmaq, öz təsir dairəsinə salmaq istəyir. Ancaq Lavrov gərək məsələnin o biri tərəfinə deyəydi ki, qonşularının özləri də Rusiyadan uzaqlaşmaq istəyirlər. Belə bir reallığın mövcud olmasında isə Rusiya daha çox yanlışlığı özündə axtarmalıdır. Rusiya problemi özündə axtarmalıdır. Ola bilməz ki, hamı günahkar olsun. Fikrimcə, Rusiya da problemləri özündə axtarmalıdır.

    Politoloq: “Rusiya unutmamalıdır ki, onun daxilində onlarla ”Qarabağ", “Donbas” var..."


    Amerikanın qonşuları Rusiyadan qoparmaq istəyi təbiidir. Buna təəccüblənmək lazım deyil. Rusiya bəs niyə Amerikanın qonşularını öz tərəfinə çəkə bilmir? Niyə qonşuları Rusiyanın yanından uzaqlaşmaq istəyirlər? Bu suallara Sergey Lavrov cavab verməlidir. Bu gün Belarusla Ermənistan belə Rusiyadan uzaqlaşmaq istəyirsə, burada günahkar Qərb deyil. Çünki Qərb, həmişəki kimi, inkişaf, yaxşı yaşamaq baxımından Rusiyadan daha irəlidədir. Normal olaraq hər kəs də daha irəlidə olanın yanında olmaq istəyir".

    Politoloqun sözlərinə görə, keçmiş postsovet respublikalarının Rusiyadan uzaqlaşmaq istəyinin kökündə duran səbəblərdən biri də Rusiyanın bəzi qonşularına böyük problemlər yaratması, birbaşa və dolayısı iştirakla onların ərazilərini işğal etməsidir: “Qarabağ, Osetiya, Dnestryanı, Abxaziya, Krım, Donbas bütün bunlar Rusiyanın ”əl işləri"dir. Vladimir Jirinovskinin “Gürcüstanı işğal etmək lazım idi” bəyanatının özü çox şeyi deyir. Bütün bunlardan sonra təbii ki, qonşuları Rusiyaya yox, Amerikaya, Avropaya yaxınlaşmaq istəyəcək. Lakin Rusiya onu da unutmamalıdır ki, onun daxilində onlarla “Qarabağ”, “Donbas” var. Çox yaxın keçmişdə iki çeçen müharibəsini edən ruslar hər an əvvəlki vəziyyətlərinə qayıda bilərlər. Çünki siyasi-ərazi quruluşları Rusiyada həmişə separatizm dalğasını yüksək edir. Çeçenistan-İçkeriyanın mərhum prezidenti Zalimxan Yandarbiyevin keçmiş Rusiya prezidenti Boris Yeltsini masanın başından məcbur edib durğuzub özü ilə üzbəüz otuzdurması hələ də yaddaşlardadır. Bütün bunlar çox yaxın keçmişdə baş verib və yenə yaşana bilər. Ona görə Rusiya postsovet məkanında separatçı ünsürləri dəstəkləməyə, işğalçı, şantaj siyasətini davam etdikcə Amerika onun qonşularını ondan uğurla qoparacaq. Rusiyanın yanlışlıqları gec-tez fırlanıb bumeranq kimi yenə özünə dəyəcək".




    “Yeni Müsavat”скачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.