• Rus Dili
  • Reklam
    » » Rayon icra hakimiyyətləri ləğv edilir
    

    Rayon icra hakimiyyətləri ləğv edilir

    2-02-2016, 11:29
    Oxunub: 2 100
    Şərhlər: 1
    Çap versiyası
    Rayon icra hakimiyyətləri ləğv edilir
    Azərbaycanda yeni iqtisadi və siyasi reallıqlar ciddi kadr və struktur islahatlarını qaçılmaz edib. Novruz bayramına qədər bir sıra ciddi dəyişikliklərin şahidi olacağıq. Bu barədə istiqlal.az-a hakimyyətdəki mənbələrdən məlumat daxil olub.

    Mənbənin məlumatına görə, prezident İlham Əliyev son çıxışlarında qeyd etdiyi kimi, bir sıra nazirlik və dövlət komitələri ləğv ediləcək və ya birləşdiriləcək: "Hazırda ləğv ediləcək və başqa qurumlara birləşdiriləcək təsisatları siyahısı dəqiqləşdirilr. Siyahı çox yaxın zamanlarda prezidentə təqdim ediləcək".

    Mənbənin sözlərinə görə, ən ciddi islahatlar regional idarəetmədə aparılacaq: Rayon icra hakimiyyətlərinin təkcə başçıları yox, həm də strukturu dəyişəcək. Hazırda hazırlanan layihədə Azərbaycanın ərazi vahidlərinin dəyişdirilməsi və vilayətlərin yaradılması nəzərdə tutulur. Bu həm də regionların büdcə dotasiyalarından asılılığını aradan qaldırmaq baxımından zəruridir. Vilayətlər həm də mərkəzi hakimiyyətin yükünü azaltmaq və yerli idarəetməni gücləndirmək məqsədi güdür. Elə bir sistem qurulmalıdır ki, nazirlərin tez-tez rayonlarda qəbullar keçirtməsinə ehtiyac qalmasın" - deyə mənbə vurğulayıb.

    Mənbənin sözlərinə görə, ilkin layihədə 10-a yaxın vilayətin yaradılması nəzərdə tutulur: "Ancaq bu barədə rəylər müxtəlifdir. Yəni say 10-dan yuxarı da ola bilər, aşağı da. Hələ ki, işçi qrup layihə üzərində işləyir. Layihə prezidentə təqdim edildikdən sonra son qərar veriləcək".скачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.
    Şərhlər (1)
    
    İLDIRIM 7 fevral 2016 01:33
    Onsuz da hazırda royonlarda yükün ağırlığı daxili işlər nazirliyinin ,çiynindədir.Hər rayona bir içra başçısı yox,hər regionda bir icra strukturu kifayetdir.Məsələn QUBA, SİYƏZƏN,XIXZI,ŞABRAN,QUSAR,XAÇMAZ,BU ALTI RAYONA BİR ÇEVİK İÇRA STRUKTURU YARATMAQ OLAR. KOMMUNAL VƏ DİGƏR İŞLƏRİ BƏLƏDİYYƏ STRUKTURLARINA HƏVALƏ ETMƏKLƏ,XÜSUSİ NİZAMNAMƏ ƏSASINDA ONLARIN SEÇKİLƏRİ KEÇİRİLSİN VƏ ƏYƏR SEÇİLƏN ŞƏXS DÖVLƏT İDARƏÇİLİYİNƏ UYĞUN OLMARSA ,MÜVAFİİQ İCRA ORQANINA SƏLAHİYYET VERİLSİN Kİ,SEÇKİ YENİDƏN KEÇİRİLSİN ,VƏ UYĞUNU TƏSTİQ ETSİN. HƏMİN ƏRAZİDƏKİ POLİS İDARƏLƏRİ BİLAVASİTƏ YENİ YARADILAN QURUMA TABE ETDİRİLSİN,SİLAH SURSAT İSƏ KÖHNƏ QAYDADA SAXLANILSIN. KƏND RAYONLARINDA KƏNDTƏSƏRRÜFATI STRUKTURLARI, İCTİMAİ ƏSASLARLA YARADILSIN. QALAN MƏSƏLƏLƏRİ LAZIM OLAN VAXTDA İZAH EDƏRƏM.
              1
    комментариев публикаций