• Rus Dili
  • Reklam
    » » Azərbaycanda 3 dövlət qurumu ləğv edildi — FƏRMAN
    

    Azərbaycanda 3 dövlət qurumu ləğv edildi — FƏRMAN

    3-02-2016, 15:18
    Oxunub: 947
    Şərhlər: 0
    Çap versiyası
    Azərbaycanda 3 dövlət qurumu ləğv edildi — FƏRMAN
    Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi, Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti və Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidməti ləğv edilib.

    Ölkə.Az xəbər verir ki, bu barədə Azərbaycan prezidenti İlham Əliyevin imzaladığı Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxsin yaradılması haqqında fərmanda bildirilir.

    Fərmanda deyilir ki, Palatanın Nizamnaməsi qüvvəyə mindiyi gündən və yuxarıda adları qeyd edilən qurumların istifadəsində olan dövlət əmlakı Maliyyə Bazarlarına Nəzarət Palatasına verilməlidir.

    Qeyd edək ki, palatanın Direktorlar Şurasının 5 üzvü olacaq.

    Palatanın Direktorlar Şurasının sədrinin və üzvlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi, habelə onların səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi Azərbaycan prezidenti tərəfindən həyata keçirilir.

    Maliyyə Bazarlarına Nəzarət Palatasının fəaliyyətinin təmin edilməsi ilə əlaqədar aşağıdakı tərkibdə İşçi qrupu yaradılır:

    İşçi qrupunun rəhbəri

    Rüfət Aslanlı - Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri

    İşçi qrupunun üzvləri

    Asim Məmmədov - “Xalq Bank” ASC-nin Müşahidə Şurasının sədri

    Cəlal Qasımov - “Kapital Bank” ASC-nin Müşahidə Şurasının sədri

    Faiq Hüseynov - “Unibank” ASC-nin İdarə Heyətinin sədri

    Rövşən Cavadov - Azərbaycan Dövlət Neft Fondunun investisiya departamentinin direktoru

    Zəka Mirzəyev - Azərbaycan Maliyyə Nazirliyinin maliyyə və sığorta bazarlarının tənzimlənməsi şöbəsində sektor müdiri.

    Ölkə.Az
    скачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.