• Rus Dili
  • Reklam
    » » /AGXEBER.COM/ Azad Rəhimovun səlahiyyəti alındı - Sərəncam
    

    /AGXEBER.COM/ Azad Rəhimovun səlahiyyəti alındı - Sərəncam

    11-03-2016, 19:27
    Oxunub: 715
    Şərhlər: 0
    Çap versiyası
    /AGXEBER.COM/  Azad Rəhimovun səlahiyyəti alındı - Sərəncam
    Azərbaycan prezidenti İlham Əliyev “Bədən tərbiyəsi və idman haqqında" Azərbaycan Respublikası Qanununda dəyişikliklər edilməsi barədə” qanunun tətbiqi barədə sərəncam imzalayıb.

    APA-nın məlumatına görə, “Bədən tərbiyəsi və idman haqqında" qanuna edilən dəyişiklik idman mərc oyunlarının təşkili və keçirilməsinə dövlət nəzarətini həyata keçirən orqanın dəyişməsi ilə əlaqədardır.

    Dəyişikliyə əsasən idman mərc oyunlarının təşkili və keçirilməsinə dövlət nəzarətinin həyata keçirilməsinə dair səlahiyyət Gənclər və İdman Nazirliyindən alınıb. Bu sahədə dövlət nəzarəti Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən həyata keçiriləcək. Qanuna edilən digər dəyişikliyə əsasən, idman mərc oyunlarının operatorları idman mərc oyunlarının təşkili və keçirilməsinə nəzarəti həyata keçirən Maliyyə Bazarlarına Nəzarət Palatasına həmin Palata tərəfindən müəyyən edilmiş məbləğdə və qaydada haqlar ödəyəcək.
    скачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.