• Rus Dili
  • Reklam
    » » 8 siyasi partiya ​MSK-ya illik maliyyə hesabatını təqdim edib - SİYAHI
    

    8 siyasi partiya ​MSK-ya illik maliyyə hesabatını təqdim edib - SİYAHI

    15-03-2016, 14:11
    Oxunub: 524
    Şərhlər: 0
    Çap versiyası
    8 siyasi partiya ​MSK-ya illik maliyyə hesabatını təqdim edib - SİYAHI

    Səkkiz siyasi partiya Mərkəzi Seçki Komissiyasına (MSK) 2015-ci il üzrə maliyyə hesabatını təqdim edib.
    AGXEBER.COM-un "Report"a istinadən xəbərinə görə, həmin partiyalar hakim Yeni Azərbaycan Partiyası (YAP), Azərbaycan Mübarizləri Partiyası, Azərbaycan Təkamül Partiyası, Azərbaycan Kommunist Partiyası, Ədalət Partiyası, Azərbaycan Vahid Kommunist Partiyası, Müstəqil Azərbaycan Partiyası və Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasıdır.
    Qeyd edək ki, Azərbaycan Ədliyyə Nazirliyində 55 siyasi partiya dövlət qeydiyyatına alınıb. Qanunvericiliyə əsasən, siyasi partiyalar illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə hər il aprel ayının 1-dən gec olmayaraq, MSK-ya təqdim etməlidirlər. Mərkəzi Seçki Komissiyası bu müddətdə illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə təqdim etməyən siyasi partiyalar barədə Ədliyyə Nazirliyinə məlumat verməlidir.скачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.