• Rus Dili
  • Reklam
    » » Parkinqlər Abutalıbovdan alınır - Yeni quruma veriləcək
    

    Parkinqlər Abutalıbovdan alınır - Yeni quruma veriləcək

    15-03-2016, 22:06
    Oxunub: 413
    Şərhlər: 0
    Çap versiyası
    Parkinqlər Abutalıbovdan alınır - Yeni quruma veriləcək
    Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) səlahiyyətləri azaldılır.

    Bu barədə AzNews.az-a Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, millət vəkili Hadı Rəcəbli məlumat verib. Onun sözlərinə görə, yaxın zamanda Bakı şəhəri üzrə parkinqlərə və duracaq yerlərinin təşkili üçün parkomatlara nəzarət BŞİH-dən alınacaq: “Bu funksiyaya nəzarət yeni yaradılan Bakı Nəqliyyat Agentliyinə həvalə olunacaq. Bundan əlavə elektron idarəetmə, paytaxtda avtobus marşrutlarını müəyyən etmək, duracaqlar yaratmaq, taksi fəaliyyətilə bağlı pərakəndəliyi aradan qaldırmaq onlara tapşırılacaq və parkomat nəzarətçilərini də o qurum idarə edəcək. Hazırda həmin qurumun əsasnaməsi formalaşdırılır. Əsasnaməyə görə, Bakıda olan sərnişin nəqliyyatının bütövlükdə idarəolunması o quruma verilir”.
    скачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.